
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinə dair analitik hesabat hazırlanıb
Tarix: dekabr 2020
EU4Digital Proqramının Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinə dair analitik hesabatında, Aİ-nin müvafiq normativ-hüquqi bazası baxımından Şərqi tərəfdaşlıq ölkələrindəki əsas boşluqlar daxil olmaqla həmin ölkələrin qanunvericiliyindəki boşluqların qiymətləndirilməsi və seçilmiş qiymətləndirmə meyarları üzrə əsas nəticələr haqqında ümumi məlumat verilir.
Sözügedən təhlil, Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə şəraitin yaradılması üçün elektron kommunikasiyalar sahəsində MTO-ların müstəqilliyinin qiymətləndirilməsi üzrə EU4Digital Proqramının fəaliyyətləri çərçivəsində həyata keçirilib.
Hesabatda təqdim olunan nəticə və müşahidələr Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) üzvləri olan yerli ekspertlərlə birgə hazırlanıb.
Milli tənzimləyici orqanlar və onların səlahiyyəti və vəzifələri ilə əlaqədar boşluqların qiymətləndirilməsinə dair ölkələr üzrə hesabatlar aşağıdakı keçidlər üzrə əlçatandır:
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları
