EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi “ŞT ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması” adlı hesabat hazırlayıb.

Hesabatda ŞT ölkələrində müəyyən edilmiş qabaqcıl təcrübələr, eləcə də konkret potensial istinad əraziləri və ŞT ölkələrinin maraq və prioritetlərinə uyğun olaraq tövsiyə olunan Tvinninq layihələri yer alıb. Buraya həmçinin EİP üzrə AHA fəaliyyətlərinə cəlb olunma üzrə yol xəritəsi və tövsiyə olunan fəaliyyətlər, o cümlədən EİP üzrə AHA prinsiplərinə əsaslanaraq ŞT ölkələri arasında şəbəkənin yaradılması üçün əsas komponentlər və prinsiplər daxildir.