
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərqi tərəfdaşlıq ölkələrində etimad və elektron identifikasiya xidmətlərinin hüquqi və texniki cəhətdən yetkinliyinin qiymətləndirilməsi
Tarix: Mart 2020
EU4Digital Proqramının mütəxəssisləri Etimad və təhlükəsizlik tematik sahəsi çərçivəsində Şərqi tərəfdaşlıq ölkələrində etimad və elektron identifikasiya xidmətlərinin hüquqi və texniki cəhətdən yetkinliyinin qiymətləndirilməsini həyata keçiriblər. Sözügedən sənəddə tərəfdaş ölkələrin rəqəmsal etimad və identifikasiya xidmətləri (eID) sahəsindəki tənzimləmə bazasının eIDAS Reqlamentinə və qəbul edilmiş mövcud beynəlxalq standartlarla uyğunluğu qiymətləndirilir.
Bundan əlavə, Aİ və Şərqi tərəfdaşlıq ölkələri arasında etimad və elektron identifikasiya xidmətlərinin transsərhəd qarşılıqlı tanınmasını təmin etmək üçün gələcəkdə görüləcək tədbirləri müəyyənləşdirmək məqsədilə qiymətləndirilmədə rəqəmsal etimad və elektron identifikasiya xidmətlərinin tənzimləyici, təşkilati və texniki baxımdan yetkinliyi tədqiq olunur.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
