
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərqi tərəfdaşlıq ölkələrində Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs ilə bağlı bazarın qiymətləndirilməsi
Tarix: Iyun 2020
EU4Digital təşəbbüsünün altı tərəfdaşlıq ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) yüksək texnologiyalar sahəsində çalışan startapların maliyyələşməsindəki boşluqları müəyyən etmək və maliyyə dəstəyi mexanizmi və əlaqəli dəstək proqramları üzrə yüksək səviyyəli regional tövsiyələr hazırlamaq məqsədi daşıyan “Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrə bazarın qiymətləndirilməsi (DISC) adlı tədqiqat.
Tədqiqat mərkəzi və ölkə səviyyəli mütəxəssis qrupları tərəfindən hazırlanmışdır. Yekun nəticələr və tövsiyələr beynəlxalq maliyyə qurumları (BMQ-lər) və yerli maraqlı tərəflərdən ibarət daha geniş icma ilə çoxsaylı məsləhətləşmələr əsasında hazırlanmışdır. 140-dan artıq yerli və beynəlxalq maraqlı tərəflər (investorlar, startaplar, hökumət qurumları, beynəlxalq donorlar və digərləri) ilə müsahibələr və məsləhətləşmələr keçirilib.
Sözügedən tədqiqat 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklif çərçivəsində həyata keçirilib və təklifdə Avropa Komissiyasının Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüsü (DISC) tərəfdaş ölkələrə genişləndirilməsi vasitəsilə yüksək innovativ rəqəmsal startapların və böyüməkdə olan şirkətlərin genişləndirilməsinə dəstək planı vurğulanıb.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
