Elektron rabitə üzrə milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiya EU4Digital proqramı çərçivəsində işlənib hazırlanıb və MTO-ların müstəqilliyinin gücləndirilməsinə həsr olunub.

Sözügedən sənəd, Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupu (IRB EWG) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Metodologiya hər bir Şərqi tərəfdaşlıq ölkəsinə Aİ-nin 2002/2009-cu saylı tənzimləyici bazasına əsaslanaraq tənzimləmə orqanlarının müstəqilliyinin idarə edilməsində qanunvericilik boşluqları baxımından mövcud vəziyyəti qiymətləndirməyə imkan verir. Bu metodologiya hər biri əlavə qiymətləndirmə meyarı parametrləri dəstinə bölünmüş iki əsas qiymətləndirmə parametrindən ibarətdir:

  1. İdarəçilik:
    • Milli tənzimləyici orqanın strukturu;
    • Qərar qəbuledici orqanın strukturu;
    • Müraciət və mübahisələrin həlli.
  2. Hüquq və vəzifələri:
    • Ümumi hüquq və vəzifələri;
    • Bazarın təhlili;
    • Resursların lazımi dərəcədə idarə edilməsi;
    • İstehlakçı hüquqlarının qorunması;
    • Universal xidmət.