
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
İKT sektorunda gender bərabərsizliyini aradan qaldırmaq üçün mentorluq proqramlarının hazırlanması: Şərqi tərəfdaşlıq ölkələri üçün bələdçi
Tarix: Dekabr 2020
EU4Digital proqramının hazırladığı “İKT sektorunda gender bərabərsizliyini aradan qaldırmaq üçün mentorluq proqramlarının hazırlanması: Şərqi tərəfdaşlıq ölkələri üçün bələdçi” adlı sənəd Women Go TechTM mentorluq proqramının tematik araşdırmasına əsaslanır.
Bu bələdçi gözəçarpan təsirə malik, miqyası genişləndirilə bilən keyfiyyətli mentorluq proqramının icrasına başlamaq istəyən təşkilatlar üçün tövsiyələr müəyyənləşdirir. Şərq Tərəfdaşlığı ölkələrindəki (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna) spesifik məzmunun daha ətraflı müzakirə olunduğu sənəddə çıxarılan nəticələrin əksəriyyəti və tətbiq olunduğu mentorluq proqramından asılı olmayaraq yaxşı nəticələri ilə seçilən bütün əsas rəhbər prinsiplər ön plana çəkilib. Əlavə olaraq, bələdçidə Şərq Tərəfdaşlığı regionundakı qadınlar üçün mentorluq proqramlarının hazırlanmasında müəyyən edilmiş əsas problemlər əks olunub.
Adı çəkilən tədqiqat EU4Digital proqramı tərəfindən həyata keçirilib və altı Şərqi tərəfdaşlıq ölkəsindən tərəfdaş təşkilatlarla birlikdə “Women Go TechTM” komandası tərəfindən hazırlanıb. Altı benefisiar təşkilatla birgə bir sıra seminarlar keçirilib, nəticələr və tövsiyələr hazırlanıb və ölkələrin reallıqlarına uyğunlaşdırılıb:
- Texnologiya sahəsindəki qızlar (Girls in Tech Armenia) (Ermənistan);
- Azərbaycanın İKT sahəsində çalışan qadınları klubu – Femmes Digitales (Azərbaycan);
- EPAM (Belarus);
- Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GITA) (Gürcüstan);
- Moldova İnformasiya və Kommunikasiya Texnologiyaları Şirkətləri Birliyi (ATIC) (Moldova Respublikası);
- STEM sahəsindəki qızlar (Girls in STEM) (Ukrayna).
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
