“KONTOR” İdarəetmə Məsləhətçiləri Konsorsiumu tərəfindən həyata keçirilən tədqiqat Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal iqtisadiyyat və cəmiyyətin monitorinqinə yönəlmişdir. Onun məqsədi İƏİT-nin “Mürəkkəb göstəricilərin qurulması üzrə məlumat kitabçası: metodologiya və istifadəçi təlimatında” verilmiş təlimatlar və tövsiyələr əsasında indeksin hesablanması üçün zəruri məlumatların mövcudluğu baxımından bu ölkələrdə görülən işlərin vəziyyətini qiymətləndirməkdir.
Tədqiqata ölkədəki vəziyyətə baxış və boşluqların təhlili kimi bütöv ŞT regionu üzrə bir sıra tövsiyələr daxildir və statistika ilə əlaqədar işlərin idarə edilməsi sahəsində təkmilləşdirmələr və Avropa Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESİ) ilə əlaqədar monitorinq bazası ilə mümkün qədər uyğunlaşdırma əldə etmək məqsədi daşıyır. Tədqiqat ŞT ölkələrində məlumatların toplanması prosesləri və hesabatlılıq təcrübələri haqqında məlumatları ehtiva edərək DESİ və Avropa Məlumatların Qorunması üzrə İslahat (EDPR) üzrə məlumatların toplanması və hesabatlılığına dair Aİ-nin əsas parametr və tələblərini əks etdirir. Bundan əlavə, tədqiqatda ŞT ölkələrində və Aİ-də məlumatların toplanması və hesabatlılıq təcrübələri arasındakı boşluqları müqayisəli şəkildə ölçmək üçün əsas parametrlərdən istifadə edilir.
Tədqiqat hazırda ŞT ölkələrində toplanmış statistik göstəricilər və DESI göstəriciləri arasındakı boşluğu nümayiş etdirir.