
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
2030-cu ildən sonra hökumətlərin gələcəyi: Yeni hökumət modellərində vətəndaş yönümlü gələcək
Tarix: 2019
Müştərək Elmi Tədqiqatlar Mərkəzinin hazırladığı hesabat yeni yaranan sosial problemləri araşdırır, sürətlə dəyişən rəqəmsal dünyadakı tendensiyaları təhlil edir və gələcəkdə mümkün ola gələcək hökumət modelləri ilə əlaqədar bütöv Aİ miqyasında debatlara təkan verir. Bu problemi həll etmək üçün vətəndaşların iştirakı, uzaqgörənlik və dizayn, baza rolunu oynayan rəqəmsal siyasət və media sahəsindəki son ədəbiyyatlar ilə birləşdirilmişdir. Layihənin məqsədi əsasən bu suala cavab tapmaqdır: 2030-cu il və ondan sonra vətəndaşlar və digər iştirakçılar hökumətləri, siyasətləri və demokratiyanı necə formalaşdıracaq? Geniş iştirakçı kütləsini əhatə edən proses vasitəsilə 150-dən artıq vətəndaş, vətəndaş cəmiyyəti təşkilatları, analitik mərkəzlər, biznes və dövlət sektorunun nümayəndələri, eləcə də 100 dizayn sahəsi üzrə tələbə ilə birgə gələcək ssenarilərin və konseptlərin hazırlanmasında iştirak ediblər. Vətəndaşların iştirakı ilə keçirilən seminarlar ərzində yaranan 20 hekayədən istifadə edilməklə dörd ssenari hazırlanmışdır. Onlar gələcəyin hökumət konseptlərinin hazırlanmasında dizayn sahəsi üzrə təhsil alan tələbələr üçün ilham mənbəyi olmuşdur. Layihənin məqsədi gələcək hökumətdə iştiraka dair oyun vasitəsilə Avropada vətəndaşlar, müəssisələr, vətəndaş cəmiyyəti təşkilatları, qanunvericilər və dövlət qulluqçuları ilə debatların başlanmasına təkan verməkdir.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
