2019-cu ilin fevral ayının 28-də Buxarestdə keçirilən Rəqəmsal İqtisadiyyata dair Nazirlərin Üçüncü Şərq Tərəfdaşlığı Görüşünün bəyannaməsi. Avropa İttifaqı, nazirlər, Aİ-yə üzv dövlətlərin nümayəndələri və Şərq Tərəfdaşlığını formalaşdıran altı ölkənin nazirləri altı şərqi tərəfdaş arasında 2020-ci ilin sonuna qədər regional rouminq razılaşmasının əldə edilməsi üçün yol xəritəsinin hazırlanmasına yönəlmiş bəyannamə qəbul ediblər.