Müştərək Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan sənəddə robotlaşdırma və avtomatlaşdırma səbəbindən əmək bazarında yaranan problemlərin aradan qaldırılması məqsədi daşıyan siyasət ilə bağlı üç əsas cavab tədbirinə hərtərəfli baxış təqdim olunub. Birincisi, “robotların vergiyə cəld edilməsi” və bu gəliri insanların robotlarla əvəz edilməsinin mənfi təsirlərini kompensasiya edə biləcək baza gəliri əldə etmək üçün istifadə etməkdir. Yeni gəlir mənbəyində iştirakı mümkünlüyü məqsədilə robotlara sahibolma ikinci seçim hesab edilir. Üçüncü seçimdə isə diqqət insanlara xas və robotların heç vaxt uyğun ola bilməyəcəyi müqayisəli üstünlüklərin, yaradıcılığın və sosial bacarıqların gücləndirilməsinə yönəlmişdir. Siyasət ilə bağlı bütün bu cavab tədbirləri iqtisadi əsaslandırmalar tərəfindən dəstəklənir, lakin onlara ardıcıl baxış göstərir ki, hamısı düzgün yolu seçmək üçün ətraflı araşdırma tələb edən əlavə sual və çətinliklər yaradır. Bundan əlavə, geniş mənada bu siyasət variantları – texnoloji dəyişikliklərin faydalarının yenidən bölüşdürülməsi, dəyişikliklərin fayda və istifadəsinə çıxış imkanlarının artırılması və dəyişikliklərə fərdi və təşikalti düzəlişlərin dəstəklənməsi texnoloji transformasiya üçün aktualdır. Beləliklə, müəyyən texnologiyaların, robotlaşdırmanın və avtomatlaşdırmanın idarə olunduğu siyasət variantlarının cari müzakirəsi nəticəsində əldə edilən təcrübə digər texnologiyaların təkan verdiyi potensial və ilkin cavab tədbirləri ola bilər.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.