
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
AİB-in investisiyalara dair sorğusunda hansı ölkələrin yeni rəqəmsal eraya hazır olduğu göstərilib
Tarix: 20 aprel 2020
Koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə rəqəmsal texnologiyalar gündəlik həyatın, iqtisadi və sosial fəalliyyətlərin ayrılmaz bir hissəsinə çevrilib və biznesin planlaşdırılmış bərpası baxımından böyük əhəmiyyətə malikdir. Koronavirus pandemiyası rəqəmsal texnologiyanın yetkinləşməsini sürətləndirməklə yeni rəqəmsal eranın başlanğıcı ola bilər. Bir vaxtlar “olsaydı yaxşı olardı” kimi qəbul etdiyimiz vasitələr artıq günün tələbinə çevrilib.
“Hansı ölkələr Yeni rəqəmsal eraya hazırdır? AİB-in investisiyalara dair sorğusunun nəticələri” adlı hesabat Avropa İnvestisiya Bankı tərəfindən dərc olunan yeni hesabatdır. Hesabat Avropa ölkələrində rəqəmsallaşdırma prosesinin cari vəziyyətini əks etdirir.
Sözügedən hesabatda rəqəmsal texnologiyalar sahəsinə yatırılan sərmayələr və həmin texnologiyaların Aİ və ABŞ-da fəaliyyət göstərən firmalar tərəfindən tətbiqi təhlil edilir. Hesabatın yekun nəticələri bunlardır:
- Aİ rəqəmsallaşdırma sahəsində ABŞ-dan geri qalır
- Yalnız dörd Aİ ölkəsi rəqəmsallaşdırma sahəsində ABŞ-dan öndədir
- Rəqəmsal texnologiyalardan yararlanan müəssisələr
böyümə və məşğulluq baxımından digər müəssisələri üstələyir
Adı çəkilən hesabat iki təkrarolunmaz məlumat toplusuna – 13500-dən artıq müssəsisə arasında keçirilən AİB-in investisiyalara dair sorğusu və AİB-in investisiyalara, startaplara və böyüməkdə olan şirkətlərə dair sorğusuna əsaslanır.
“Hansı ölkələr yeni rəqəmsal eraya hazırdır?” adlı hesabatı indi ödənişsiz olaraq PDF və elektron kitab formatda endirmək mümkündür. Hesabatın yekun nəticələrinin qısa xülasəsini buradan oxuya bilərsiniz.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron ticarət
- İKT-nin innovativ inkişafı
