Aİ-nin Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyası konoravirus böhranının yaratdığı problemləri aradan qaldırmaq məqsədilə rəqəmsal bacarıqlara dair resurs və qabaqcıl təcrübələrdən ibarət siyahı hazırlayıb.
Koronavirus pandemiyasının səbəb olduğu mövcud böhran ərzində Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiya, Milli koalisiyalar və onların üzvlərinin iştirakı ilə müxtəlif mövzulara dair seminarlar təşkil edib. Bu seminarlar ərzində Avropalılar arasında qəfil yaranan rəqəmsal bacarıqlara tələbatın aradan qaldırılması ilə əlaqədar problemlər, onlara çıxış yolları və təcrübələr diqqət mərkəzində olub. Adı çəkilən təşəbbüslərdə, müəllim, tələbə, KOM sahibləri, işçilər, özünüməşğul şəxslər və vətəndaşların üzləşdiyi yeni vəziyyətə dair müxtəlif mövzular əhatə olunub. Milli koalisiyalar tərəfindən müəyyənləşdirilmiş və toplanmış müxtəlif təşəbbüslər və qabaqcıl təcrübələrin gələcəkdə paylaşılması və surətinin çıxarılması üçün bu səhifədə saxlanılması və yenilənməsi nəzərdə tutulub.
Sözügedən təşəbbüslər və qabaqcıl təcrübələr 4 qrupa bölünür:
- Hər kəs üçün rəqəmsal bacarıqlar
- Təhsil üçün rəqəmsal bacarıqlar
- İşçi qüvvəsi üçün rəqəmsal bacarıqlar
- İKT mütəxəssisləri üçün rəqəmsal bacarıqlar
Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyanın üzvləri arasında Avropada rəqəmsal bacarıqlar çatışmazlığını aradan qaldırmaq məqsədilə müxtəlif tədbirlər görən Aİ-yə üzv dövlətlər, şirkətlər, sosial tərəfdaşlar, qeyri-kommersiya təşkilatları və təhsil sahəsi üzrə təchizatçılar var.
Şərq Tərəfdaşlığı regionunda EU4Digital təşəbbüsü rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılmasına dəstək verir.
Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiya: rəqəmsal bacarıqlara dair resurslar toplusu