

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Məlumatlı olmaqdan fəaliyyətə: Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafı
Tarix: 16/12/22
28 noyabr 2022-ci il tarixində keçirilən “Women4Digital Future” virtual şəbəkə tədbirində müzakirə olunan əsas mövzu Şərq Tərəfdaşlığı ölkələrində qadınlar arasında sahibkarlığın inkişafında innovasiyaların tətbiqi olub. Qadınların rəhbərlik etdiyi 60-a yaxın innovativ müəssisə və təşkilatdan, eləcə də Şərq Tərəfdaşlığı ekosistemindən 70-dən çox iştirakçını və qadınlar arasında sahibkarlığın inkişafı sahəsində çalışan ekspertləri bir araya gətirən görüş EU4Digital proqramının İKT və innovasiyalar üzrə komandası tərəfindən təşkil edilib.
Tədbirə nazirliklərin, innovasiya ekosistemlərinin inkişafını koordinasiya edən qurumların, innovasiyalarla məşğul olan və ekosistemlərin potensialını gücləndirən maliyyə dəstəyi və məsləhət xidmətləri göstərən təşkilatlar kimi digər tərəflər, eləcə də İKT sahəsində fəaliyyət göstərən müəssisələrin və təşkilatların nümayəndələri qatılıblar. Görüş zamanı bərabər imkanların təmin edilməsi və Aİ-nin bu sahədə dəstəyi müzakirə olunub.
“Görülə biləcək ən ağıllı iş”
EU4Digital proqramının qrup lideri Arturas Piliponis tədbiri giriş sözü ilə açaraq EU4Digital proqramından ətraflı danışıb. Sonra isə Aİ-nın Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) Rəqəmsal və İqtisadi İnkişaf Proqramının rəhbəri Tibo Şarlet məruzə ilə çıxış edərək Aİ-nin sözügedən sahədə prioritetlərini təqdim edib və qadınlar arasında sahibkarlığın inkişafı, onların maliyyə mənbələrinə çıxışı və rəqəmsal bacarıqları ilə bağlı Aİ tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı regionundakı təşkilatlar üçün əlçatan olan bir neçə proqram haqqında məlumat verib. Məsələn, WEgate proqramı biznesə yeni başlayan qadınlara dəstək verir; Womenat platforması rəqəmsal iqtisadiyyat sahəsində çalışan peşəkar qadınlar üçün yaradılmış Avropa şəbəkəsidir və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
İş qadınları proqramı qadınlara maliyyə və məsləhət xidməti göstərir. Məruzənin əsas tezisi gender bərabərliyinin ÜDM-ə müsbət təsir göstərməsi və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının, maliyyəyə çıxışının və innovasiyaların təşviqinin iqtisadi artım, rifah və rəqabət üçün həyati əhəmiyyət kəsb etməsi idi.

Qadınların iqtisadiyyat sahəsində səlahiyyətləndirilməsi düzgün olmaqla yanaşı, həm də görülə biləcək ən ağıllı işdir
Aİ-nın Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) Rəqəmsal və İqtisadi İnkişaf Proqramının rəhbəri Tibo Şarlet
Mentorluq imkanları
Daha sonra iştirakçılar qadınları İKT və mühəndislik sahəsində karyera seçməyə həvəsləndirən və ilk dəfə Litvada icra olunmağa başlayan uğurlu mentorluq proqramlarından biri olan Women Go Tech ilə tanış olublar. Proqramın həmtəsisçisi xanım Jidrune Vitayte təşəbbüs haqqında məlumat verərək qadınların texnoloji komandalarda və liderlər qrupunda çox az təmsil olunduğunu qeyd edib. O, texnologiya sənayesindəki təcrübəsinə əsaslanaraq qadınların bu sahədə iştirakını artırmaq üçün “əlavə nə isə” etməyə qərar verib.

Qadınlar İKT sənayesində çalışan mütəxəssislərin yalnız beşdə birini təşkil edir. Həmfikir insanlarla qadınların texnologiya sənayesinə qoşulması üçün ilk mentorluq proqramını yaratdıq və qurduq.
“Women Go Tech” proqramının həmtəsisçisi Jidrune Vitayte
Jidrune deyir ki, texnologiya sənayesi kodlaşdırmadan əlavə geniş peşəkar imkanlar təklif edir. O, qadınları karyera imkanları haqqında məlumatlandırmaqda və 10 000 nəfərlik mentorluq şəbəkəsinin qurulmasında mühüm rol oynayan “Discover Tech” kursu haqqında danışıb. İngilis dilində olan Women Go Tech Mərkəzi və Şərqi Avropanı əhatə edəcək şəkildə genişlənir. Şərq Tərəfdaşlığı ölkələrindən olan qadın iştirakçılar da proqrama qoşula bilərlər. Bundan əlavə, “Women Go Tech” proqramının əldə etidiyi nəticələr EU4Digital proqramını Şərq Tərəfdaşlığı ölkələrində İKT sektorunda gender bərabərsizliyini aradan qaldırmaq üçün mentorluq proqramlarının hazırlanmasına dair bələdçini hazırlamağa sövq edib. Jidrune Litvanın qabaqcıl təcrübələrini tədbir iştirakçıları ilə bölüşən əsas ekspert olub və hazırda diqqətini Gürcüstana yönəldərək Şərq Tərəfdaşlığı ölkələrində oxşar proqramların inkişafı üzrə əməkdaşlığı davam etdirir.
Tədbirin ikinci hissəsində qeyri-kommersiya və qeyri-siyasi, peşəkar təşkilat olan Women Business Angels (WBA) barədə söz açılıb. O, qadınlara və kişilərə “biznes mələkləri” (müəssisə və ya startaplar üçün kapital təmin edən investorlar) və qlobal bazarda rəqabətədavamlı sahibkar olmaq imkanı verir. WBA-da layihə rəhbəri olan Renata Anna Jaksa qadınların üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün siyasətin təşviqini əhatə edən dəstək və xidmətlər haqqında ümumi məlumat verib.

Söhbət təkcə puldan getmir. Bu, həm də mentorluq, öyrənmə, müzakirə, şəbəkə və əlaqələrdir.
WBA-da layihə rəhbəri Renata Anna Jaksa
WINGATE WBA ilə birgə həyata keçirilən layihədir. O, qadınlara məxsus sahibkarlıq müəssisələri üçün innovativ onlayn bilik mərkəzi olaraq Moldova daxil olmaqla bir neçə Şərq Tərəfdaşlığı ölkəsində biznes mələklərinin təmin etdiyi sərmayələr üçün unikal imkan təmin edir.
Sərmayələr və maliyyələşdirmə
Tədbirin sonunda Female Founders təşkilatının baş icraçı direktoru Karina Klafl 65 000 investor, operator, peşəkar biznesmen, sahibkar liderlərdən ibarət bu icmanı və qadınların rəhbərlik etdiyi startaplar üçün bir sıra imkanları təqdim edib. Təşkilat qadınlar üçün üç aylıq liderlik proqramı, eləcə də qadınların rəhbərlik etdiyi vençur kapitalı müəssisələri üçün üç aylıq sərmayələrə hazırlıq üzrə sürətləndirici təlim dəstəyi təqdim edir. “Female Founders” həmçinin yeni işgüzar əlaqələr qurmaq və yeni müqavilələr imzalamaq üçün Avropa şirkətlərini bir araya gətirən “Lead Today. Shape Tomorrow” və “DEI Bootcamp” adı altında Avropanın ilk qadın sahibkarlıq tədbirlərini təşkil edir. Karina Klafl diqqəti qadınların mentorlarla həddindən artıq işləməsinə, lakin Aİ və Şərq Tərəfdaşlığı ölkələrində sahibkarlar üçün əhəmiyyətli miqdarda vəsaitin olmasına baxmayaraq, kifayət qədər maliyyə yardımı ala bilməmələrinə diqqət çəkib. Bu boşluğu doldurmaq üçün Avropa vençur fondu olan “Fund F” gender müxtəlifliyi ilə seçilən təsisçi qruplara dəstək verəcək.

Gender müxtəlifliyi texnoloji ekosistemdə istifadə olunmayan ən böyük imkanlardan biridir: bizim üçün texnologiya sektorunda çalışan və sahibkar qadınlar bərabər gələcəyə bərabərdir.
“Female Founders”-in baş icraçı direktoru Karina Klafl
Məlumatlı olmaqdan fəaliyyətə
Tədbirin moderatoru və EU4Digital proqramının İKT və innovasiyalar komponentinin rəhbəri Anna Pobol qabaqcıl təcrübələri və əməkdaşlıq imkanlarını ŞT-dən olan maraqlı tərəflərlə bölüşdüklərinə görə Aİ təşkilatlarına təşəkkür edib. O, ŞT innovasiya ekosistemində təşkilatların təşəbbüskarlığının əhəmiyyətini və bunun qadınları məlumatlı olmaqdan hərəkətə keçməyə təşviq etdiyini vurğulayıb. O qeyd edib ki, şəbəkələşmə tədbiri görüləcək işlərin yalnız başlanğıcıdır. O, inanır ki, tədbir yeni tərəfdaşlıqların qurulmasına və Aİ təşkilatlarının icma və təşəbbüslərinə yeni üzvlərin cəlb olunmasına şərait yaradacaq.
• Avropa Komissiyasının təqdimatı
• Women Go Tech proqramının təqdimatı
• Women Business Angels tərəfindən təqdimat
• Future Founders tərəfindən təqdimat
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu