Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun iclası

  • Tarix: 03/03/20 – 04/03/20
  • Paylaş:

2020-ci il 3-4 mart tarixlərində Serbiyanın paytaxtı Belgrad şəhərində Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) 9-cu iclası keçiriləcək. Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə IRB EWG tərəfindən təşkil edilir.

İclasın əsas məqsədlərindən biri EU4Digital komandası tərəfindən IRB EWG mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ŞT ölkələri üçün elektron rabitə üzrə milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyanı tədqim etməkdir. İclasda həmçinin fevral ayında başlayan tədqiqat zamanı verilən cavablara əsaslanan təhlilin ilkin nəticələri təqdim ediləcək, eləcə də iştirakçılar müstəqilliyin qiymətləndirilməsinə dair fəaliyyətin yekunlaşdırılması üçün növbəti tədbirlərə dair razılığa gələcəklər. Əlavə olaraq, qabaqcıl təcrübələri, Aİ-nin normativ-hüquqi bazasını və elektron rabitə bazarına fayda və uğurlu nəticələr gətirən MTO-ların tənzimləmə fəaliyyətlərini əhatə edən Almaniya, İtaliya və Portuqaliyanın milli tənzimləmə qanunları təqdim ediləcək.