Elektron kommunikasiyalara dair nümunə qanun layihəsi Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupu tərəfindən təsdiqlənib

  • Tarix: 21/12/21
  • Paylaş:

Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupu (IRB EWG) Elektron kommunikasiyalara dair nümunə qanun layihəsini təsdiq edib. Bu qanun EU4Digital proqramı tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birlikdə hazırlanıb.

Qanun layihəsi ŞT ölkələrinin Milli tənzimləyici orqanlarının (NRA) müstəqilliyinin gücləndirilməsinə töhfə verir. Sözügedən qanun layihəsi noyabrın 25-də Lissabonda adı çəkilən işçi qrupunun 12-ci iclası zamanı rəsmi olaraq qəbul edilib və onun hər bir ölkə üçün mühüm tövsiyələri əks etdirən qiymətləndirmə hesabatı ilə birlikdə elektron rabitə sahəsində milli tənzimləyici orqanları gücləndirmək üçün dəyərli alətlər olması yekdilliklə qəbul edilmişdir.

Hesabat 2020-ci ildə hazırlanmış Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyicilərin müstəqilliyinə dair Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinə dair analitik hesabata əsaslanır və müəyyən edilmiş qanunvericilik boşluqlarını və müvafiq tövsiyələri aradan qaldırmağa yönəlib.

Boşluqların qiymətləndirilməsi Şərq Tərəfdaşlığı ölkələri üçün elektron rabitə üzrə milli tənzimləyici orqanların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyada sadalanan meyarlara uyğundur.

Bu nümunə qanun çərçivəsində Avropa İttifaqının müvafiq tələblərinə tam uyğunluğu təmin etmək üçün transpozisiyaya hazır olan bütün zəruri normalar mövcuddur. IRB EWG qrupunun üzvləri numunə qanun layihəsinin Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinə köçürülməsini müntəzəm olaraq qiymətləndirmək barədə razılığa gəliblər.