Musiqi və texnologiyanın birgə vəhdəti nəticəsində Bakı və Tallin arasında virtual konsert keçirilmişdir

  • Tarix: 15/01/20
  • Paylaş:

2019-cu il dekabrın 20-də Azərbaycanın paytaxtı Bakı və Estoniyanın paytaxtı Tallində “Ənənələri birləşdirərək” adlı virtual konsertdə iştirak edən hər iki ölkə musiqiçilərinin ənənəvi musiqi alətlərində yeni kompozisiyalarının dünya premyerası keçirilib.

Sözügedən konsert Aİ-nin maliyyələşdirdiyi EaPConnect (Eastern Partnership Connect) layihəsi və onun “Tədqiqatına işıq sal” adlı layihəsinin 2018-ci il qalibi olan “MIRCO” layihəsi tərəfindən təşkil olunub.

Bu Azərbaycanda “LoLa” texnologiyasından istifadə etməklə təşkil olunan ilk belə konsertdir. Qabaqcıl tədqiqat və təhsil şəbəkələri ilə birlikdə istifadə olunan “LoLa” (Lola Latency) adlı audio-video məlumatların ötürülməsi texnologiyası əhəmiyyətli dərəcədə təhrif və ya gecikmə olmadan real zaman çərçivəsində fiziki olaraq bir-birindən uzaq məsafədə olan musiqiçilərin, rəqqasların, aktyorların və digər ifaçıların birgə ifasına imkan verir. “LoLa” texnologiyası Azərbaycanda “MIRCO” və EaPConnect layihələrinin AzScienceNetAzEduNet kimi Azərbaycanın milli tədqiqat və təhsil şəbəkələrinin birgə fəaliyyəti nəticəsində Bakı Musiqi Akademiyasında (BMA)və EENet of HITSA vasitəsilə Estoniya Musiqi və Teatr Akademiyasında (EAMT) və İtaliya tədqiqat və təhsil şəbəkəsi olan GARR vasitəsilə təqdim edilmişdir.

“Rəqəmsal texnologiyaların boşluqları aradan qaldırdığını, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yaratdığını görmək olduqca həyəcanvericidir” , – deyə EaPConnect layihəsinin rəhbəri Veronika Di Luna bildirib

Rəqəmsal texnologiyaların, mədəni irsin və yaradıcılığın vəhdəti

Azərbaycandan tar, Estoniyadan isə səntur adlı ənənəvi alətlərdə yeni ifaların premyerası tədbirin əsasını təşkil edib. Azərbaycanlı bəstəkar İlahə Qismətin “Mistik” əsəri Şərq Tərəfdaşlığı ölkələrində “LoLa” texnologiyasının istifadəçi icmasını yaratmaq və milli alətlərin irsini yeniləmək üçün texnologiyadan istifadə etmək məqsədi daşıyan MIRCO layihəsi vasitəsilə ərsəyə gəlmişdir. Adı çəkilən layihənin rəhbəri Paolo Girol deyir ki, musiqiçilərə öz milli alətləri haqqında onlayn ustad dərsləri verməyə və şəbəkə vasitəsilə görüşlər keçirməyə və məşqlər etməyə imkan yaratmaqla MIRCO layihəsi“Aİ-nin rəqəmsallaşdırma, imədəni rsin qorunması və rəqəmsal yerdəyişmə kimi siyasətlərinə uyğun olmaq” məqsədi güdür.Azerbaycanın Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik Rasim Əliquliyev öz növbəsində BMA və EAMT arasında anlaşma memorandumunun imzalanması nəticəsində tədricən Belarus və Latviya kimi ölkələrdən birgə layihələrdə iştirak ilə bağlı ərizələrin daxil olduğunu diqqətə çatdırmışdır. “Avropa Komissiyası, EaPConnect, GÉANT və Lola texnologiyasının köməyilə Avropa bu gün BMA-da, Bakıdadır. Texnologiyalar, mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfəsi ilə dünya sivilizasiyanın

ayrılmaz hissəsi olduğunu nümayiş etdirir” , – deyə o, əlavə edib.

Əlavə məlumat

2010-cu ildə ictimaiyyətə təqdim olunduqdan sonra “LoLa” texnologiyası Avropa, Şimali Amerikada yerləşən musiqi məktəblərində, eləcə də dünyanın müxtəlif yerlərində tədris, ustad dərsləri, məqşlər və çıxışlarda istifadə olunur. “LoLa” texnologoyası EaPConnect layihəsi vasitəsilə həmçinin Ermənistanda və Belarusda tətbiq edilmişdir. Yerli ifaçılar Gürcüstan, Estoniya və İtaliyadan olan həmkarları ilə birgə konsertlər vermişdir.

EaPConnect layihəsinin məqsədi Aİ-nin Şərqi tərəfdaş ölkələri – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.

Tam məqaləni oxuyun