

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Aİ tərəfindən hazırlanan yeni hesabatda böhran dövründə rəqəmsal dayanıqlığın əhəmiyyəti vurğulanıb
Tarix: 12/06/20
Dünən Avropa Komissiyası, Avropanın rəqəmsallaşdırma sahəsindəki ümumi fəaliyyət göstəricilərini və Aİ-yə üzv dövlətlərin bu sahədə rəqabət qabiliyyətində müşahidə olunan irəliləyişləri izləyən Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin 2020-ci (DESI) il üzrə nəticələrini açıqlayıb. Bu ilki DESI indeksi bütün üzv dövlətlərdə və indekslə ölçülən bütün əsas sahələrdə irəliləyişlərin olduğunu göstərir.
Bu, virusun yayılmasını izləmək və ya dərman və peyvənd axtarışlarını sürətləndirməklə fəaliyyətləri davam etdirməyə imkan verən rəqəmsal texnologiyaların nə qədər əhəmiyyətli olduğunu göstərir və koronavirus pandemiyası dövründə vacib əhəmiyyət daşıyır. Bundan əlavə, bərpa prosesinə dair müvafiq DESI göstəriciləri göstərir ki, Aİ-yə üzv ölkələr çox yüksək ötürücü şəbəkələrin əhatə dairəsini yaxşılaşdırmaq, 5G xidmətlərinin kommersiya xarakterli istifadəsini təmin etmək üçün 5G tezlik spektri təyin etməli, vətəndaşların rəqəmsal bacarıqlarını təkmilləşdirmək və müəssisələri və dövlət sektorunu daha da rəqəmsallaşdırmaq üçün səylərini artırmalıdırlar.
EU4Digital proqramı, Aİ-nin bu sahədə təcrübəsinə uyğun olaraq ümumi qiymətləndirmə metodlarının təqdimatı üçün tövsiyələr daxil olmaqla, Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlardakı milli boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması üzərində işləyir.
EU4Digital təşəbbüsünün məqsədi, Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərqi Tərəfdaş dövlətlərə qədər genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdir. Aİ bu təşəbbüs vasitəsilə rouminq tariflərinin azaldılmasına, iqtisadiyyatların gücləndirilməsinə və elektron xidmətlərin genişləndirilməsinə, eləcə də kibertəhlükəsizliyin əlaqələndirilməsi və cəmiyyətin bütün sahələrində, yəni logistika sahəsindən tutmuş səhiyyəyə qədər rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, bacarıqların artırılması və rəqəmsallaşdırma sahəsində yeni iş yerlərinin yaradılması üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafına dəstək verir.
Koronavirus böhranının təsiri
İyunun 11-də DESI indeksinin 2020-ci il üzrə nəticələrini açıqlayan Avropa Komissiyasının icraçı vitse prezidenti Marqret Vestager bildirib: “Koronavirus böhranı, vətəndaşların və müəssisələrin təmasda olmalarının və internetdə bir-biri ilə ünsiyyət qurmağının nə qədər vacib olduğunu nümayiş etdirdi. Bütün Avropalıların rəqəmsal xidmətlərdən və yeniliklərdən faydalana bilməsi üçün daha çox investisiya tələb olunan sahələri müəyyənləşdirmək üçün üzv dövlətlərlə işimizi davam etdirəcəyik”.
Daxili Bazar üzrə Komissar, Tyeri Breton, əlavə edib: “Bu gün dərc etdiyimiz məlumatlar göstərir ki, hazırda sənayedə rəqəmsal həllərdən həmişəkindən daha çox istifadə olunur. Qabaqcıl rəqəmsal texnologiyaların kiçik və orta müəssisələr tərəfindən və bütün iqtisadiyyatda tətbiq olunduğunu təmin etməliyik”.
Finlandiya, İsveç, Danimarka və Niderland Krallığı Aİ-də rəqəmsallaşdırma sahəsində ümumi fəaliyyət göstəricilərinə görə lider ölkələrdir. Beynəlxalq Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (I-DESI) göstərir ki, adı çəkilən sahədə yüksək fəaliyyət göstəricilərinə malik Aİ ölkələri dünya miqyasında da liderdirlər. Ən böyük iqtisadiyyatlara malik Aİ ölkələri rəqəmsallaşdırma sahəsində lider deyil, bu da ikitərəfli rəqəmsal və yaşıl transformasiyaları uğurla həyata keçirmək üçün Aİ-nin rəqəmsal transformasiyasının sürətləndirilməli olduğunu göstərir. Pandemiya, DESI tərəfindən izlənilən beş ölçünün hər birinə əhəmiyyətli dərəcədə təsir göstərdiyinə görə, 2020-ci il üzrə nəticələr, Komissiyanın və üzv dövlətlərin böhranı idarə etmək və bərpa prosesini dəstəkləmək üçün gördüyü çoxsaylı tədbirlər ilə birlikdə nəzərdən keçirilməlidir. Üzv dövlətlər infeksiyanın yayılmasının minimuma endirilməsi və səhiyyə sistemlərini dəstəkləmək üçün tədbirlər görüb, məsələn, məsafədən səhiyyə və səhiyyə sistemi resurslarının əlaqələndirilməsini asanlaşdıran tətbiq və platformalar təqdim edilib. Komissiya, eyni zamanda mobil tətbiqlərdə və izləmə tətbiqlərində anonim məlumatların istifadəsi və böhrandan çıxış yolu təmin etmək üçün texnologiya və məlumatların istifadəsi üçün ittifaqın ümumi vasitə dəsti haqqında tövsiyənin dərc edilməsi kimi tədbirlər görmüşdür. Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası (BEREC) Komissiyanın tələbi ilə sıxlığın qarşısını almaq
üçün internet trafiki izləməyə başlayıb.
5 rəqəmsal sahədəki əsas nəticələr
Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi üzv dövlətlərdə beş əsas siyasət sahəsi – bağlantı, rəqəmsal bacarıqlar, internetdən fərdi istifadə, müəssisələr tərəfindən rəqəmsal texnologiyaların inteqrasiyası və rəqəmsal dövlət xidmətlərindəki irəliləyişləri izləyir.
Bağlantı yaxşılaşmışdır, ancaq sürətlə artan ehtiyacları ödəmək üçün daha çox iş görülməlidir. Üzv dövlətlər, çox yüksək genişlikli şəbəkələrə (həm stasionar, həm də mobil) investisiya yatırımını təşviq etmək üçün 2018-ci ildə qəbul edilən Aİ-nin yeni qaydalarını milli qanunvericiliyə çevirmək üzərində işləyirlər. Ev təsərrüfatlarının 78%-i 2019-cu ildə stasionar genişzolaqlı rabitə abunəçisi olmuşdur (5 il əvvəl bu rəqəm 70% təşkil edib) və 4G şəbəkələri demək olar ki, bütün Avropa əhalisini əhatə edir. Ancaq cəmi 17 üzv dövlət tezlik spektrini 5G innovativ diapazonuna təyin edib (keçən il ilə müqayisədə daha 5 ölkə). Aİ ölkələrində evlərin 44%-də çox yüksək ötürücülük qabiliyyətinə malik stasionar genişzolaqlı şəbəkələr mövcuddur.
Rəqəmsal bacarıqlarda daha çox irəliləyiş tələb olunur, xüsusən də koronavirus böhranı vətəndaşların məlumat və xidmətlərdən istifadə edə bilməsi üçün lazımi rəqəmsal bacarıqların vacib olduğunu göstərdi. Aİ əhalisinin əksəriyyətinin, daha doğrusu 42%-nin əsas rəqəmsal bacarıqları yoxdur. 2018-ci ildə Aİ-də təxminən 9,1 milyon insan İKT mütəxəssisi kimi çalışıb, bu da 4 il əvvələ nisbətən 1,6 milyon nəfər çoxdur. 2018-ci ildə İKT mütəxəssislərini işə götürən böyük müəssisələrin 64%-i və KOM-ların 56%-i İKT mütəxəssisləri tapmağın çətin olduğunu bildirib.
Pandemiya zamanı internetdən istifadə sahəsində kəskin artım olsa da, bu tendensiya böhrandan əvvəl də mövcud idi: insanların 85%-i həftədə ən azı bir dəfə internetdən istifadə edir (2014-cü il ilə müqayisədə 75% artıb). Video zənglərdən istifadə lap çox artmışdır: 2018-ci ildə internet istifadəçilərinin 49%-dən 2019-cu ildə 60%-ə qədər. İnternet bankçılıq və alış-verişlər də əvvəlki illərlə müqayisədə daha populyardır, onlar müvafiq olaraq 66% və 71% istifadəçilər tərəfindən istifadə olunur.
Müəssisələr getdikcə rəqəmsallaşır və iri şirkətlər bu istiqamətdə öndə gedirlər. Böyük şirkətlərin 38,5%-i artıq qabaqcıl bulud xidmətlərindən istifadə edir, şirkətlərin 32,7%-i isə böyük məlumat analitiklərindən istifadə etdiklərini bildirir. Bununla belə, kiçik və orta müəssisələrin böyük əksəriyyəti bu rəqəmsal texnologiyalardan hələ də istifadə etmir, çünki onların yalnız 17%-i bulud xidmətlərindən istifadə edir və yalnız 12%-i böyük məlumatları təhlil edir. Elektron ticarətə gəlincə, 2016-cı illə müqayisədə 2019-cu ildə 1,4 faiz artdıqdan sonra KOM-ların yalnız 17.5%-i internet vasitəsilə mal və ya xidmətlər satıb. Bunun əksinə olaraq, 2019-cu ildə böyük müəssisələrin 39%-i onlayn satışlardan istifadə edib.
Elektron ticarəti stimullaşdırmaq məqsədilə Aİ əsassız transsərhəd maneələrinin aradan qaldırılması və bağlamaların sərhəddən daha ucuz çatdırılmasını asanlaşdırmaq, onlayn müştərilərin hüquqlarının qorunması və onlayn məzmuna keçidin təşviqi kimi bir sıra tədbirlər barədə razılığa gəliblər.
Nəhayət, hökumətlər və müəssisələr üçün səmərəliliyi və xərclərdə qənaətə imkan verə biləcək, şəffaflığı artıran və vətəndaşların siyasi həyatda iştirakını artıra biləcək elektron hökumət və elektron sağlamlıq sahələrində rəqəmsal dövlət xidmətlərindən istifadəyə doğru artan tendensiya var.
Ətraflı məlumat üçün
Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi – DESI 2020
DESI 2020: Suallar və cavablar
Rəqəmsallaşdırma sahəsində ölkələrin fəaliyyət göstəriciləri
Məlumatların görüntülənməsi vasitəsi
Rəqəmsal texnologiyalar – koronavirus pandemiyasına qarşı cavab tədbirləri
Avropanın rəqəmsal gələcəyinin formalaşdırılmasına dair kommünike
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu