Portuqaliyanın Avropa İttifaqı Şurasında yeni sədrliyi dövründə “Rəqəmsal Avropa” məsələsi diqqətdə saxlanılacaq

  • Tarix: 12/01/21
  • Paylaş:

Portuqaliya “rəqəmsal bərpa” məsələsini Avropa İttifaqı Şurasındakı altı aylıq sədrliyinin əsas prioritetlərindən biri olaraq təyin edib.

“Ədalətli cəmiyyət, yaşıl iqtisadiyyat və rəqəmsal texnologiyalar zamanıdır!” şüarı ilə sədrliyə başlayan Portuqaliyanın məqsədi Avropanın dayanıqlığını və bu qitənin vətəndaşlarının Avropa sosial modelinə olan etibarını gücləndirmək, o cümlədən mövcud pandemiya böhranından qurtulmaq üçün ortaq həmrəylik, yaxınlaşma və birləşmə dəyərlərinə əsaslanan İttifaqın təşviqidir.

Bununla da ikili iqlim və rəqəmsal texnologiyalara keçid əhatəli şəkildə həyata keçiriləcək, heç kimin geridə qalmaması, eyni zamanda pandemiyanın sosial aspektinə diqqət təmin ediləcək.

Rəqəmsal Avropa,“vətəndaşların və müəssisələrin xeyrinə olan rəqəmsal transformasiyanın sürətləndirilməsinə” yönəlmiş və aşağıdakı prioritetləri özündə ifadə edən Portuqaliyanın adı çəkilən qurumda sədrliyinin beş fəaliyyət istiqamətindən biridir:

  • İqtisadi yüksəlişin hərəkətverici qüvvəsi olaraq rəqəmsal transformasiyanın sürətləndirilməsi və rəqəmsal innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində Avropanın liderliyinin təşviqi.
  • Səhiyyə, tədqiqat və innovasiyalar, sənaye mülkiyyəti, ədliyyə və yerdəyişmə sahələrində yaşıl iqtisadiyyata keçid məqsədilə yeni rəqəmsal həllərin və strategiyaların təşviqi.
  • Demokratik, açıq və dayanıqlı cəmiyyətin dəyərlərinə hörmətin tam təmin edilməsi şərtilə vətəndaşların həyatını asanlaşdırmaq, xüsusən də Avropa rəqəmsal identifikasiya xidmətlərini yaratmaqla, keyfiyyətli məlumatlara giriş imkanının yaxşılaşdırılmasının və həmin məlumatların mübadiləsinin, eləcə də insanların və ədalətli və rəqabət qabiliyyətli iqtisadiyyata xidmət edən texnologiyalar üzərində işin təşviqi.
  • Fasiləsiz məsafədən təhsili unutmamaq şərtilə rəqəmsal bacarıqların universal inkişafına diqqət, işçilərin yeni istehsal proseslərinə uyğunlaşmasına imkanın yaradılması.
  • Xüsusilə süni intellektdən istifadə vasitəsilə dövlət idarəçiliyinin müasirləşdirilməsi üçün rəqəmsal texnologiyalar sahəsində qabaqcıl təcrübələrin tətbiqinin daha böyük kütləyə çatdırılmasın təmin edilməsi.
  • Müəssisələr və dövlət siyasətləri tərəfindən kosmik məlumatlardan və texnologiyalardan maksimum dərəcədə istifadə edən rəqabət qabiliyyətli, iqtisadiyyata inteqrasiya olunmuş kosmik sektorun yaradılmasının təşviqi.

EU4Digital təşəbbüsünün məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarının faydasını Şərqi tərəfdaşlıq ölkələrinə qədər genişləndirmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirərək Aİ-nin dəstəyini istiqamətləndirməkdir.

Portuqaliyanın Aİ Şurasına sədrliyi 2021-ci il iyunun 30-na qədər davam edəcək.

Mətbuat üçün açıqlamaPortuqaliyanın sədrlik prioritetləri