
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəriciləri toplayan qurumların nümayəndələri 24 noyabr 2023-cü il tarixində EU4Digital proqramı tərəfindən təşkil olunacaq onlayn tədbirə dəvətlidirlər. Tədbirdə EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi üzrə ekspertləri tərəfindən DESI-nin tətbiqinin təhlili üzrə nəticələr təqdim ediləcək, DESI göstəricilərinin tam şəkildə ölçülməsinin həyata keçirilməsi üçün regional və milli tövsiyələr müzakirə ediləcək və bu sürətləndiricinin mərhələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib.
Daha çox oxu10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan və Ukraynanın ehtiyaclarına əsasən işlənib hazırlanıb. Bu fəaliyyətlər Aİ-Şərq Tərəfdaşlığı birgə proqramı çərçivəsində Aİ Nümayəndəlikləri ilə qarşılıqlı və sıx əməkdaşlıq şəraitində həyata keçirilir. EU4Digital proqramının cari, yəni ikinci mərhələsinin fəaliyyətdə olduğu dövrdə nəticələri maksimuma çatdırmaq məqsədilə sözügedən proqram Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə 18 oktyabr 2023-cü il tarixində Brüsseldə seminar təşkil edib. Tədbir iştirakçıları layihənin nəticələrini nəzərdən keçirmək, rəy bildirmək və EU4Digital proqramının fəaliyyətlərinin milli səviyyədə tətbiqinin sürətləndirilməsi imkanlarını tədqiq ediblər.
Daha çox oxu07/11/2023
Ekspertlər Şərq Tərəfdaşlığında genişzolaqlı bağlantının inkişafı üzrə növbəti tədbirləri razılaşdırıblar
25-26 oktyabr 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə İşçi Qrupunun (IRB EWG) görüşündə Şərq Tərəfdaşlığı ölkələrində genişzolaqlı bağlantının inkişafı istiqamətində konkret tədbirlər razılaşdırılıb. Tədbirdə əsas diqqət topdansatış genişzolaqlı bağlantı bazarının təhlilinə və genişzolaqlı bağlantıya çıxışın monitorinqi məsələlərinə yönəlib.
Daha çox oxu05/10/2023
EU4Digital proqramının genişzolaqlı bağlantıya dair yeni hesabatı: Şərq Tərəfdaşlığında bağlantı və rəqəmsallaşdırma prosesinin təkmilləşdirilməsi
EU4Digital proqramı genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqinə dair Aİ-nin qabaqcıl təcrübələrindən ibarət hesabat dərc edib. Hesabatda beş Aİ-yə üzv dövlətdə araşdırmaların nəticələri təhlil edilir və genişzolaqlı bağlantı xidmətləri bazarının inkişafını izləmək və bu sahədə siyasəti həyata keçirmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin bu təcrübədən necə yararlana biləcəyi üçün tövsiyələr yer alıb. Bu, EU4Digital və Şərq Tərəfdaşlığı ölkələrinə Avropa İttifaqının əsas kommunikasiya siyasətinin bir hissəsini təşkil edən rəqəmsal kommunikasiya məqsədlərinə nail olmağa imkan verəcək.
Daha çox oxu17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik edən komanda sizi EU4Digital proqramı haqqında xəbərlər, elanlar, məqalələr və digər nəşrlərə çıxış imkanı yaradan çoxlu sayda üsulları nəzərdən keçirməyə dəvət edir - yeni Twitter hesabı vasitəsilə siz də müzakirələrə qoşulun!
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı haqqında daha ətraflı öyrənmək istəyirsiniz? EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuş iki tədbir təşkil edir. Noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransında daha geniş müzakirələr üçün şərait yaradılacaq. Konfransda istənilən şəxs iştirak edə bilər. 2023-cü il noyabrın 15-də EU4Digital proqramının II mərhələsinin Koordinasiya komitəsinin dəvət olunmuş üzvləri üçün regional EU4Digital təşəbbüsünü və layihələri müzakirə etmək məqsədilə görüş keçiriləcək.
Daha çox oxu30/06/2023
Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
Daha çox oxu14/06/2023
2024-cü ildən Aİ və Moldovanın telekommunikasiya operatorları rouminq tariflərini azaldacaq
Avropa İttifaqının və Moldova Respublikasının rabitə operatorları bu iki region arasında səyahət edən sahibkarlar və vətəndaşlar üçün rouminq tariflərinin aşağı salınması haqqında birgə bəyannamə imzalayıblar. Avropa Komissiyası və Moldovanın səlahiyyətli orqanları 31 may 2023-cü il tarixində dərc edilmiş və uzunmüddətli rouminq sazişinin təmin edilməsi və Moldovanı Aİ-nin Vahid Bazarına yaxınlaşdırmaq kimi ümumi məqsədi əks etdirən könüllü bəyannamənin imzalanmasına şərait yaradıb. Aİ EU4Digital təşəbbüsü vasitəsilə bu prosesi, həmçinin Moldovanın Aİ-nin rouminq sisteminə inteqrasiyasını dəstəkləyir.
Daha çox oxu14/06/2023
EU4Digital Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun 14-cü iclasında iştirak edib
EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsinin nümayəndələri Şərq Tərəfdaşlığı Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun (IRB EWG) 14-cü iclasında iştirak ediblər. 10-11 may 2023-cü il tarixlərində keçirilən iclas genişzolaqlı şəbəkənin inkişafı məsələləri və ŞT regionunda müstəqil Milli Tənzimləyici Səlahiyyətli Orqanların (NRAs) modelinin yaradılmasına həsr olunub.
Daha çox oxu27/01/2023
Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir
2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər.
Daha çox oxu24/01/2023
Aİ 2023-2024-cü illərdə rəqəmsal transformasiya sahəsinə 4,5 milyard avro ayırmağı planlaşdırır
Avropa İttifaqı rəqəmsal transformasiya sahəsi ilə bağlı məqsədlərinə nail olmaq üçün 2023-2024-cü illər üçün Horizon Europe iş proqramı çərçivəsində 4,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır - bu, iş proqramının ümumi büdcəsinin 33%-dən çoxunu təşkil edir.
Daha çox oxu06/01/2023
Aİ və AYİB Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə dəstək verəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın regionlarında 280 000-dən artıq ev təsərrüfatını müasir genişzolaqlı internet bağlantısı ilə təmin etmək üçün Aztelekom şirkətinə 50 milyon ABŞ dolları dəyərində kredit ayıracaq. Adı çəkilən şirkət layihə çərçivəsində internetin sürətini, bağlantının gücünü və ötürmə qabiliyyətini yaxşılaşdırmaq, eləcə də paytaxt və ucqar rayonlar arasındakı rəqəmsallaşdırma sahəsindəki bərabərsizliyi aradan qaldırmaq niyyətindədir.
Daha çox oxu