Avropa İttifaqı və EU4Digital təşəbbüsünün dəstəyi ilə keçirilən Koronavirusla mübarizə üzrə qlobal hakatonda 98 ölkəni təmsil edən 12000-dən artıq nümayəndə tərəfindən 1000-dən artıq ideya təqdim olunub. Hakatonda Gürcüstandan 8, Ukraynadan 4, Belarusdan 4, Ermənistan, Azərbaycan və Moldovadan isə 3 ideya təqdim edilib.
Hakatonun ümumi mükafat fondu 220000 avro təşkil etmişdir və Aİ tərəfindən qalib gələn komandaların mükafatlandırılması üçün 75000 avroya qədər maliyyə vəsaiti ayrılıb. Sözügedən hakaton, Devpost platformasının dəstəyi ilə Accelerate Estonia, Garage48 və Guaana platformaları tərəfindən təşkil edilmişdir.
Dünyanın hər bir yerindən texnologiya sahəsində çalışan maraqlı şəxslər, biznes liderləri, layihə rəhbərləri, marketinq ekspertləri, dizaynerlər və innovatorlar qlobal hakatonda iştirak edərək yaradıcı və praktik prototiplərin hazırlanması ilə bağlı maraqlı ideyalarını bölüşüblər və təcrübə mübadiləsi aparıblar.
Təşkilatçılar bildirir ki, “Avropa Komissiyası və BMT-nin, qlobal miqyasda tanınmış ictimai rəy rəhbərlərinin və dünya mediasının dəstəyi və bütün dünyada izolyasiya şəraitində qalmalarına baxmayaraq, bu tədbiri reallaşdırmaq üçün öz dəyərli vaxtlarını sərf edən fədakar könüllülər komandasının dəstəyi olmadan uğur qazana bilməzdik”.
“Bu böhran, heç kimin sahib olmadığı, amma hamının iştirak etdiyi əsl qlobal hərəkata təkan verdi”, – deyə tədbirin təşkilatçılarından biri olan Kalum Kemeron bildirir. ”Dünyanın müxtəlif yerlərində izolyasiya şəraitində qalmağa məcbur olan insanlar kütləvi şəkildə startapların hazırladığı alətlər vasitəsilə əməkdaşlıq edirlər. Sürətli prototipləmə ilə əlaqədar alətlər kimi. Onlar bir qayda olaraq hökumətlərin üzərinə düşən çətin və real problemlərin öhdəsindən gəlməyi planlaşdırırlar. Onlar bir-birləri ilə əlaqəli şəkildə çalışırlar və ideyalarının sərhədsiz olduğunu görürlər”.
Qlobal hakatonun əsas qalibi, günəş enerjisi ilə çalışan ultrabənövşəyi şüalarla dezinfeksiya cihazı ideyasını irəli sürən “SunCrafter” startapıolmuşdur.
“SunCrafter” startapına məxsus ideyanın məqsədi cari böhran vəziyyətində insanlar üçün şəxsi gigiyena ilə bağlı hərtərəfli və əlverişli çıxış yolunun təşkili ilə onların infeksiyalardan tamamilə qorunmasını təmin etməkdir. Mövcud dezinfeksiya metodları yerləşdiyi məkandan asılıdır, davamlı deyil və müntəzəm təmiri və texnoloji praktiki bacarıqların tətbiqi tələb olunur. Ultrabənövşəyi şüalar ilə dezinfeksiya edən cihaz ilə bağlı ideya hakaton zamanı irəli sürülüb. Uzun dalğalı ultrabənövşəyi şüaların (Far-UVC-Light) təhlükəsiz və effektiv dezinfeksiya üsulu olduğu sübut olunmuşdur və ondan maneəsiz şəkildə əllərin dezinfeksiyasında istifadə etmək olar. Bu cihazın təmirə ehtiyacı yoxdur, tullantılarsız çalışır və tamamilə davamlıdır. Video təqdimata baxın.
Hakatonda ikinci yeri mədəni keçmişimizə uyğun etibarlı emosional dəstək ideyası ilə çıxış edən “Act On Crisis” startapı olub.
Böhrandan əvvəl on nəfərdən bir insanın psixoloji dəstəyə ehtiyacı var idi. Hal-hazırda isə 3 milyon insanın sosial izolyasiya şəraitində yaşadığı bir dövrdə azı 300 milyon insanın izolyasiya və işsizlik səbəbindən daha da güclənən emosional müvazinətsizlikdən əziyyət çəkəcəyi gözlənilir. “Act on Crisis” təkbətək zənglər və ya peşəkarlar tərəfindən idarə olunan vasitələrlə həftədə azı 1000 saat ərzində 4500-ə yaxın şəxsə yardım etməyi planlaşdırır. Video təqdimata baxın.
Hakatonda üçüncü yerə layiq görülən “Material Mapper” startapıisətikinti sahəsində yaranan tullantılar problemini həll etmək üçün söküntü yerlərində təkrar istifadə edilə bilən materialları müəyyənləşdirən dünyada ilk süni zəka/metadil (AI/ ML) proqnozlaşdırma vasitəsi təklif etmişdir. Video təqdimata baxın.
Nəticələrə buradan baxın: https://theglobalhack.com/results