

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Rəqəmsal transformasiya naminə tərəfdaşlıq: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal nailiyyətlər və prioritetlər diqqət mərkəzində
Tarix: 29/09/21
Regional və ikitərəfli yanaşmalar, eləcə də beynəlxalq qurumlar və hökuməti təmsil edən tərəfdaşlar ilə özəl sektor arasındakı “əməkdaşlıq rəqəmsal transformasiya prosesində mühüm rol oynayır“. Bu sözləri sentyabrın 28-də keçirilən EU4Digital proqramının Koordinasiya Komitəsinin iclasında çıxış edən Şərq Tərəfdaşlığı ölkələri üzrə C1 Bölməsinin İqtisadi İnkişaf və Rəqəmsal Texnologiyalar şöbəsinin rəhbəri Hoa-Bin Ajemian deyib. Sözügedən tədbir Şərq Tərəfdaşlığı proqramına və 2020-ci ildən sonrakı prioritetlərə həsr olunub.
İclasda Aİ-nin rəqəmsallaşdırma üzrə siyasət prioritetləri, nailiyyətləri və EU4Digital təşəbbüsü çərçivəsində dörd layihə üzrə görüləcək tədbirlər, eləcə də altı tərəfdaş ölkədə görülən işlərin vəziyyəti və gələcək prioritetlər diqqət mərkəzində olub.
Aİ-nin Şərq Tərəfdaşlığı ilə bağlı rəqəmsal yanaşmasını açıqlayan Hoa-Bin Ajemian 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetləri daxilində müəyyən etdiyi hədəfləri vurğulayıb. Buraya ev təsərrüfatlarının azı 80%-nin əlverişli yüksək sürətli internetlə təmin olunması, rouminq qiymətlərinin azı 80% aşağı salınması, Şərq Tərəfdaşlığı ölkələri vətəndaşlarının rəqəmsal texnologiyalar cəhətdən səlahiyyətləndirilməsi və Elektron idarəçilik üzrə bazanın təkmilləşdirilməsi daxildir. O, Aİ-nin iqtisadi və investisiya planı çərçivəsində mövcud olan 2 milyard avrodan çox əlavə şəxsi və dövlət investisiyalarının cəlb olunma ehtimalına işarə edərək, “iddialar yüksəkdir, amma əldə edilə bilər” deyə bildirib.
DG CONNECT Direktoratının ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbəsi rəhbərinin müavini Lars-Erik Forsberq dörd əsas hədəf sahəsi ilə rəqəmsal vətəndaşlıq ideyası əsasında formalaşan Rəqəmsallaşdırma Kompasında qeyd olunan və Aİ-nin önümüzdəki rəqəmsallaşdırma onilliyinə dair ideyalarını bölüşüb. Buraya bacarıqlar, infrastruktur, biznes və hökumət kimi dörd əsas amil daxildir. O, həmçinin kollektiv səfərbərliyin əhəmiyyətini vurğulayaraq müvəffəqiyyətin yalnız Aİ, üzv dövlətlər və özəl sektor arasında sinerji ilə əldə edilə biləcəyini söyləyib. “Eyni şəkildə, Qonşuluq regionunda dörd əsas amil üzrə çalışmaq üçün Avropa Komandası yanaşması qururuq”.
EU4Digital proqramının nailiyyətləri və gələcək planlar
EU4Digital təşəbbüsünün fəaliyyətinin son aylarına qədəm qoyduğunu diqqətə çatdıran Artur Piliponis layihənin altı tematik sahəsindəki uğurlarını açıqlayıb:
- Telekommunikasiya qaydaları – 2021-ci ilin dekabrında imzalanması planlaşdırılan reqional rouminq və radiotezlik spektri üzrə razılaşmalar daxil olmaqla.
- Etimad və təhlükəsizlik– Elektron imza üzrə pilot layihəsi, transsərhəd qarşılıqlı tanınma istiqamətində regional yol xəritəsi və Elektron idarəçilik üzrə yeni dəstək daxil olmaqla.
- Elektron ticarət – Elektron çatdırılma, Elektron gömrük və Elektron kommersiya üzrə pilot layihələr daxil olmaqla.
- İKT və innovasiyalar – 100-150 milyon avro dəyərində ŞT DISC Kapitalı regional müəssisəsinin fəaliyyətə başlaması, startap ekosistemlərinə dəstək, təhsil texnologiyaları üzrə regional mərkəz konsepsiyasının hazırlanması və qadınlar üçün mentorluq proqramının hazırlanması,
- Elektron səhiyyə – uyğunlaşdırılma ilə bağlı təlimatların hazırlanması və elektron səhiyyə üzrə icmanın formalaşdırılması və
- Rəqəmsal bacarıqlar – Milli Rəqəmsal Bacarıqlar və Məşğulluq Koalisiyasının və KOB-lar üzrə Rəqəmsal səlahiyyət bazasının yaradılması daxil olmaqla.
Cənab Piliponis əldə edilən nəticələrin hələ başlanğıc olduğunu qeyd edərək 2022-ci ilin yanvar ayında layihənin hazırkı mərhələsinin başa çatmasından sonra hər bir sahə üzrə əsas prioritetləri açıqlayıb. Vəziyyəti qiymətləndirmək üçün bazaların hazırlanması, yenidən istifadə üçün Aİ-nin həll və təcrübələrinin müəyyən edilməsi, maraqlı tərəflərin səfərbər edilməsi və beynəlxalq tərəfdaşlar və donorlar ilə əlaqələrin qurulması üçün EU4Digital təşəbbüsü “Şərq Tərəfdaşı ölkələrində gələcəkdə geniş miqyaslı rəqəmsal texnoloji həllərin əsasını qoyur”.
Dünya Bankı tərəfindən icra olunan və 2020-ci ilin dekabrında başa çatan EU4Digital proqramının genişzolaqlı rabitəyə dair strategiyalar layihəsinə toxunan layihənin rəhbərlərindən biri olan Xuan Navas-Sabater başlanan fəaliyyətin digər layihələr tərəfindən davam etdirildiyini qeyd edib. O, layihənin altı tərəfdaş ölkədə beş əsas sahə (müqayisəli təhlil və boşluqların təhlili, genişzolaqlı rabitə infrastrukturunun qurulmasına dəstək, biliklərin mübadiləsi və genişzolaqlı rabitə üzrə strategiyaların yenilənməsi və tətbiqi) üzrə milli genişzolaqlı rabitə üzrə strategiyaların inkişafını və erkən tətbiqini necə dəstəklədiyini izah edib. O, həmçinin həm beynəlxalq, həm də daxili bağlantının daha da inkişaf etdirilməsi imkanlarından danışıb: “Şərq Tərəfdaşlığı ölkələri Aİ ilə Şərq arasında qovşaq kimi fəaliyyət göstərmək qabiliyyətinə malik olaraq, beynəlxalq bağlantı üzrə böyük potensiala malikdir”.
Cybersecurity East layihəsinin komanda rəhbəri Besnik Limay milli kibertəhlükəsizliyin olduqca vacib sahəsində layihənin nailiyyətlərini nəzərə çatdırıb. Buraya milli kibertəhlükəsizlik sahəsinin idarə edilməsi və hüquqi bazaların gücləndirilməsi və seminarlar, peşəkar təlimlər və tərəfdaş ölkələrin kibertəhlükəsizlik orqanlarının cəlb olunduğu operativ məşqlərə əsaslanaraq kiberhadisələr və böhranın idarə edilməsi üçün əməliyyat qabiliyyətlərinin dəstəklənməsi daxildir.
Moldova, Ukrayna və Avropadakı tədqiqat və təhsil icmalarını birləşdirən yeni rəqəmsal xətlərin işə salınması ərəfəsində, EaPConnect layihəsinin meneceri İrena Metyu daha böyük mənzərəni iştirakçıların diqqətinə çatdırıb: “Bağlantı vətəndaşların səlahiyyətləndirilməsi deməkdir… texnologiya və insan şəbəkələrin vəhdəti inkişaf üçün imkanlar yaradır.” EaP Connect layihəsinin dəstəyi ilə altı tərəfdaş ölkədə 477 qurum və 800 000 istifadəçi GÉANT layihəsinə, ümumavropa tədqiqat və təhsil icması üzrə məlumat şəbəkəsinə qoşulub, potensialı üçqat artırılıb, bağlantı xərcləri isə 70% azalıb.
Tərəfdaş ölkələrdə görülən işlərin vəziyyəti
Səhər sessiyasının ikinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrinin hər birində milli nümayəndələrin və Aİ nümayəndə heyətlərinin çıxışları ilə həmin tərəfdaş ölkələrinin hər birində rəqəmsal transformasiya prosesinin vəziyyəti və gələcək prioritetləri ilə bağlı təqdimatlar edilib.
Pandemiyaya baxmayaraq Ermənistan dayanmadan davam edən dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını, o cümlədən qrant müsabiqələri və şirkətlər üçün vergi güzəştləri vasitəsilə əlverişli mühitin yaradılmasına dövlət dəstəyinin göstərildiyini qeyd edir.
Azərbaycan rəqəmsallaşdırma strategiyası üzrə üç cari prioriteti müəyyən etmişdir: yaradıcı və innovativ cəmiyyət, bacarıqların inkişafı, tədqiqat və inkişaf, startap ekosisteminin və innovasiya klasterlərinin təkmilləşdirilməsi, hökumətə, vətəndaş cəmiyyətinə və biznesə yönəlmiş rəqəmsal transformasiya konseptinin hazırlanması, Elektron idarəçiliyə keçid və Ağıllı şəhər və ağıllı kənd konseptlərinin tətbiqi.
Belarus 2025-ci ilə qədər 4/5G texnologiyasının yerli əhatə dairəsinin 99%-ni təmin etmək məqsədi ilə fiberoptik genişzolaqlı və mobil rabitə vasitəsi ilə rəqəmsal transformasiyanın əsası olaraq bağlantını yaxşılaşdırmaq istiqamətində əldə etdiyi uğurları diqqətə çatdırıb.
Gürcüstan da diqqətini bağlantı sahəsinə yönəldərək genişzolaqlı rabitə üzrə milli strategiyasını və strateji 5G prioritetlərinin hazırlanması ilə yanaşı, genişzolaqlı rabitə şəbəkəsini genişləndirmək və rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün Dünya Bankının “Log-in Georgia” layihəsinə qatılıb.
Moldova Aİ-nin vahid rəqəmsal bazarına inteqrasiyanın ölkə üçün ən əsas prioritet və “yalnız prioritet deyil, həm də inkişaf katalizatoru” olaraq qaldığını ifadə edərək innovasiyalar üçün əlverişli mühit yaratmaqla KOB-ların və innovativ startapların rəqəmsallaşmasına dəstəyini nəzərə çatdırıb.
Ukrayna Avropa vahid rəqəmsal bazarına inteqrasiyanın iqtisadi faydaları ilə bağlı bir tədqiqata istinad edərək bunun ticarətin artması hesabına ÜDM-in 12,1% artımına səbəb olacağını göstərir. Hökumət rəqəmsal inteqrasiyanı əsas prioritetlərindən biri olaraq təyin edərək vətəndaşlar və müəssisələr üçün DIIA elektron xidmətlər platforması vasitəsi ilə bir sıra elektron hökumət üzrə innovasiyalara nəzarət edir və elektron kommunikasiyalarla bağlı qanun və genişzolaqlı rabitə üzrə fəaliyyət planı qəbul etmişdir.
Tərəfdaş ölkələri qazandıqları uğurlar münasibətilə təbrik edən və rəqəmsal transformasiya sahəsindəki öhdəliklərini nəzərə çatdıran Artur Piliponis, bir gün əvvəl Şərq Tərəfdaşlığı rəqəmsal konfransında “rəqəmsallaşmanın həyati vacib məsələ olduğunu” deyən A3 bölməsinin rəhbəri Matye Buskenin sözlərini tədbir iştirakçılarına çatdırıb. “İnanıram ki, Aİ-nin rəqəmsal bazarına inteqrasiya dərhal və ya tək bir plana uyğun olmayacaq. O, əvvəlcə faktiki olaraq həmrəylik yaradacaq konkret nailiyyətlər üzərində qurulacaq”.
Tədbiri DG NEAR-in EU4Digital Proqramı üzrə yeni rəhbəri Tibout Şarlet yekunlaşdırıb. O, hər kəsə təşəkkür edərək bir çox işlərin hələ də davam etdiyini və pilot texnoloji həllərin milli və regional səviyyədə tam olaraq tətbiq edildiyi bir vaxtda Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi irəliləyişin Aİ ilə rəqəmsallaşma sahəsindəki uyğunsuzluğu sürətlə aradan qaldırdığını vurğulayıb.
EU4Digital Proqramının Koordinasiya Komitəsi, həftənin sonuna qədər təşəbbüsün altı əsas siyasət sahəsi ilə əlaqədar hərtərəfli tematik iclaslar keçirəcək.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu