“Vətəndaş yönümlü rəqəmsal xidmətlərin inkişafı” layihəsinin məqsədi elektron hökumətin idarəçilik imkanlarını təkmilləşdirmək, siyasətin işlənib hazırlanması və həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal identifikasiya xidmətlərinin (eID xidmətləri) inkişafı ilə Ermənistanda dövlət rəqəmsal xidmətlərinin inkişafını təkmilləşdirmək olmuşdur. Əsas elektron xidmətlər müəyyən edilib: Ermənistanın hazırki rəqəmsal resurslar və reyestrlərinin inventarlaşdırılması, arxa ofis və ön ofis xidmətlərinin ayrılması …
Tamamlanıb
Avropa Şurası tərəfindən həyata keçirilən proqram iki mühüm struktur komponent üzərində qurularaq ŞT ölkələrinin kiber hücumlara qarşı dayanıqlığının gücləndirilməsi və ədalət mühakiməsi orqanlarının işinin təkmilləşdirilməsinə töhfə verəcək. İlk növbədə, kibertəhlükəsizliyi və kiber hücümlara qarşı hazırlığı gücləndirən texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı, o cümlədən kibercinayətlərlə mübarizə üzrə səmərəli proqramın tam şəkildə icrası nəzərdə tutulub. Məqsədlər Proqramın …
Layihədə Şərqi tərəfdaşlıq ölkələri arasında fərqli inkişaf səviyyələri nəzərə alınaraq bütün Şərqi tərəfdaşlıq ölkələrinin Aİ-nin kibertəhlükəsizliyə dair əsas prinsiplərinə daha da yaxınlaşdırmaq nəzərdə tutulub. Məqsədlər Layihənin məqsədi, kibertəhlükəsizliyi və kiberhücumlara qarşı hazırlığı Aİ-nin standartlarına uyğun şəkildə artıran texniki və əməkdaşlıq mexanizmlərinin hazırlanmasıdır. Fəaliyyətlər Layihədə aşağıdakı fəaliyyətlər icra edilir: Kibertəhlükəsizlik ŞT ölkələrində yerli səviyyədə kibertəhlükəsizliyin idarə …
Dünya Bankı tərəfindən həyata keçirilən layihədə Şərqi Tərəfdaş ölkələrinə texniki yardım və bacarıqların artırılması sahəsində yardım göstərilərək həmin ölkələrdə genişzolaqlı rabitəyə dair milli strategiyaların müvafiq Aİ strategiyalarına uyğun olaraq hazırlanması və qısa zamanda icrasına dəstək verilməsi nəzərdə tutulub. Məqsədlər Layihənin əsas məqsədi ŞT regionunda oxşar Aİ strategiyalarına uyğun olaraq genişzolaqlı rabitəyə dair milli strategiyaların həyata …
EU4Digital ŞT regionunda genişzolaqlı rabitəyə dair strategiyalar Read More »
Üç illik EU4Armenia: e-Gov Actions (2017-2020 – 5,65 milyon avro) layihəsinin məqsədi Ermənistanın dövlət idarəçiliyində iştirak edən bütün təşkilatlar arasında sadələşdirilmiş və standartlaşdırılmış etibarlı əlaqə yaratmağa imkan verən hökumət orqanları arasında uyğunluq üzrə platformanın yaradılması və sərhəd keçid məntəqələri üçün bir pəncərə prinsipinə uyğun həllərin tətbiq edilməsidir. Layihə çərçivəsində şəffaflıq, dövlət nəzarəti və elektron idarəçilik …
Üçillik layihə (2017-2020 – 1,2 milyon avro) kənd təsərrüfatı sahəsində subsidiyaların ədalətli və şəffaf şəkildə paylanılmasına imkan yaradaraq qanunvericiliyin hazırlanmasında və siyasət təsirlərinin qiymətləndirilməsində istifadə üçün etibarlı məlumatlar təmin edir və bununla da ucqar ərazilərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.
Bu layihənin (2017-2019 – 0,8 milyon avro) məqsədi Novaya Huta – Novi Yarliloviçi sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük xidmətlərinin işinin səmərəliliyini və effektivliyini artırmaq və avtomatlaşdırılmış videonəzarət sistemi, avadanlıq, İT avadanlıq və proqram təminatını istifadəyə vermək məqsədi daşıyır.
Aİ tərəfindən maliyyələşdirilən bu Tvinniq layihəsinin (2019-2021- 1,2 milyon avro) məqsədi Milli Kadastr Agentliyinin məkana dair məlumatlarının paylaşılması, elektron xidmətlər və İT sahəsindəki potensialını artırmaq və məlumatların istehsalı, idarə edilməsi və sözügedən agentlik vasitəsilə mübadiləsini gücləndirməkdir.
Aİ-nin bu Tvinninq layihəsinin (2017-2019 – 1,7 milyon avro) məqsədi Aİ-nin normativ-hüquqi bazasına uyğun olaraq Gürcüstanın rabitə sahəsində normativ-hüquqi bazasının və əməliyyat bacarıqlarının inkişafına dəstək vermək və Gürcüstanın elektron rabitə sektorunda bazarın bütün iştirakçıları üçün rəqabət mühitinin təmin edilməsidir.
Bu layihənin (2017-2019 – 1 milyon avro) məqsədi Moldovadan idxal edilən, ixrac olunan və tranzit mallar ilə bağlı “Vahid pəncərə” konsepsiyasının icrasına yönəlmiş tədbirlərə kömək etmək və ümumi tranzit proseduru haqqında Konvensiyanın və malların ticarəti sahəsində rəsmiyyətliliyin sadələşdirilməsinə dair (Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi daxil olmaqla) Konvensiyanın hazırlanmasına dəstək verməkdir.