Rəqəmsal texnologiyalar sahəsində dəstək Azərbaycanın tədqiqat potensialını gücləndirən CERN ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir
Tarix: 28/12/22
Azərbaycan və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlığın gücləndirilməsində rəqəmsal infrastruktur və xidmətlər mühüm rol oynayır. CERN-in tədris və elmi-tədqiqat fəaliyyətlərində iştirak Azərbaycan alimlərinə kainatdakı elementar fiziki zərrəciklərin beynəlxalq səviyyədə tədqiqinə töhfə verməklə yanaşı, ölkənin fundamental tədqiqatlar üzrə potensialını inkişaf etdirməyə kömək edib. “EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsinin əsas tərəfdaşı olan AzScienceNet bu sahədə ən mühüm dəstəyi təmin edir.
Biz Azərbaycanda nüvə və elementar zərrəciklər fizikası sahəsində dünya şöhrətli fiziklər nəslinin yetişdiyini görürük
Azərbaycan Fizika İnstitutunun Nüvə fizikası və yüksək enerjilər fizikası kafedrasının rəhbəri Şakir Nağıyev.
Azərbaycan Fizika İnstitutunun Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri və CERN-in ATLAS təcrübəsi çərçivəsində Azərbaycan alimləri qrupunun rəhbəri Şakir Nağıyev Azərbaycanda nüvə və elementar zərrəciklər fizikası sahəsində ölkənin və dünyanın aparıcı elmi-tədqiqat təşkilatlarında çalışan dünya şöhrətli fiziklər nəslinin yetişməsində bu ölkənin CERN ilə əməkdaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Əməkdaşlıqların qurulması
Fizika İnstitutu Azərbaycanda fundamental fizika sahəsində tədqiqatlar üzrə aparıcı mərkəzdir. 1997-ci ildə sözügedən institutla CERN arasında imzalanan saziş sayəsində adı çəkilən qurumlar sıx əməkdaşlıq edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) daxilində fəaliyyət göstərən institutda 2008-ci ildə GRID informasiya və hesablama mərkəzi yaradılıb. Bu, CERN, Nüvə Tədqiqatları üzrə Birgə İnstitut (JINR) (Şakir Nağıyev bu institutun Elmi Şurasının üzvüdür), eləcə də AMEA və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İKT) çərçivəsində fəaliyyət göstərən AzScienceNet-in Şəbəkə Əməliyyatları Mərkəzinin dəstəyi nəticəsində mümkün olmuşdur.
GRID İnformasiya və Hesablama Mərkəzi hazırda şəbəkə, klaster və bulud texnologiyaları sahəsində fəaliyyət göstərir. Milli şəbəkə infrastrukturuna AzScienceNet tərəfindən təqdim olunan serverlər, bulud texnologiyaları və bulud yaddaşı daxildir. AzScienceNet həmçinin EaPConnect layihəsindəki səlahiyyətləri çərçivəsində ayrılmış xüsusi yüksəksürətli internet infrastrukturu və yaddaş resursları, eləcə də böyük məlumatların beynəlxalq səviyyədə ötürülməsini təmin edir.
“Məlumatların emalı mərkəzlərinin istifadəçiləri AzScienceNet-in təqdim etdiyi imkanlar sayəsində yüksək enerji fizikası, bərk cisimlər fizikası, nanotexnologiya və digər sahələrdəki tapşırıqları icra edə bilirlər”, – deyə Şakir Nağıyev bildirib. Bundan əlavə, Milli GRID İnformasiya və Hesablama Mərkəzi “beynəlxalq elmi əlaqələrin genişlənməsinə töhfə verir, dünya elminə inteqrasiyanı sürətləndirir və mürəkkəb elmi tapşırıqların öhdəsindən gəlməyə”, həmçinin CERN ilə birgə layihələrdə iştiraka kömək edir. “Mürəkkəb tapşırıqların işlənməsi və məlumatların CERN-ə göndərilməsinin böyük hesablama resursları və yüksəksürətli internet tələb etdiyini nəzərə alsaq, “AzScienceNet-in dəstəyi məhz bu cəhətdən olduqca vacibdir”.
Azərbaycan elm sahəsində əməkdaşlığı müsbət qiymətləndirir
Şakir Nağıyev bildirib ki, CERN ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan Respublikasında nüvə və yüksək enerji fizikasının gələcək inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir. “AzScienceNet-in təqdim etdiyi yüksək sürətli internet və yaddaş indi və gələcəkdə bizim üçün çox vacibdir. AzScienceNet-in instituta dəstəyini davam etdirməsindən məmnunuq və biz həmçinin EaPConnect layihəsi çərçivəsində təqdim olunacaq əlavə xidmətlərdən maksimum yararlanmağı planlaşdırırıq”.
Şakir Nağıyevin sözlərinə görə, Azərbaycan Fizika İnstitutu ideya və təcrübə mübadiləsi üçün Avropa təşkilatları və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı müsbət qiymətləndirir. “İnanırıq ki, beynəlxalq elmi təşkilatlarla sıx əməkdaşlıq ölkəmizdə müasir elmin problemlərinin həllinə və gələcəyə daha yaxşı hazırlaşmağa kömək edə bilər”.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.