EU4Digital Proqramı Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq razılaşmasına dair kampaniya həyata keçirib

  • Tarix: 18/05/21
  • Paylaş:

Regional Rouminq Razılaşmasına əsasən yaxın bir neçə ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq qiymətlərinin 90%-ə qədər ucuzlaşması gözlənilir. Bu ilin sonunda imzalanacaq və 2022-ci ildə qüvvəyə minəcək razılaşma EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir.

İmzalanacaq razılaşma Avropa İttifaqının rouminqin tənzimlənməsinə dair təcrübəsinə və olduqca uğurlu “Evdəki kimi rouminq” razılaşmasına əsaslanır. Avropa Komissiyasının DG NEAR direktor müavini Katarina Maternovanın sözlərinə görə “Aİ-nin bu təcrübəsi hər kəs üçün daha yaxşı əlaqə, daha geniş əhatə dairəsi və daha aşağı qiymətlər təmin edərək öz səmərəsini aydın şəkildə göstərib”. Sözügedən razılaşma gələcəkdə Şərqi tərəfdaşlıq ölkələri və Avropa İttifaqı arasında genişləndirilmiş rouminq məkanının yaradılmasına şərait yarada bilər.

Gələcəkdə rouminq xidmətinin ucuzlaşması reallaşdıqca EU4Digital Proqramı razılaşmanın vətəndaşlar və müəssisələr, ailələr və qanunvericilər üçün nə qədər faydalı olduğunu, o cümlədən istehlakçıların razılaşmanın faydalarından yararlanmasının təmin edilməsində müstəqil tənzimləyici orqanların mühüm rolunu əks etdirən kampaniya həyata keçirib.

Yerli mətbuatda və sosial mediada təbliğ olunan kampaniya, yerli media tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində hazırlanan bir sıra həyat hekayələri ətrafında qurulmuşdur. 

Onların həyat hekayələrini buradan oxuya bilərsiniz:

Tərəfdaş ölkələrdəki İnstagram kanallarında selfi videoları yükləyən nüfuzlu şəxslərin dəstəyindən yararlanan kampaniya bir sıra sosial media şəbəkələrində videolar və infoqrafikalar vasitəsilə həyata keçirilib.

Kampaniyada həmçinin əsas sahələrdəki fəaliyyətləri təsvir edən məlumat bülleteni və  mövzu ilə bağlı praktiki suallara cavab verən bir sıra elektron kartoçkalar vasitəsilə EU4Digital təşəbbüsünün Telekommunikasiya qaydaları şəbəkəsinin gördüyü işlər təbliğ olunub.

he campaign also promoted the work of the EU4Digital Telecoms Rules stream with a factsheet outlining activities in key areas, and a set of e-cards answering practical questions about the issue.