Regional rouminq razılaşması Şərqi tərəfdaş ölkələrindən olan əlaqələndiricilərə və Aİ Nümayəndəliklərinə təqdim olunub

  • Tarix: 01/07/20
  • Paylaş:

2020-ci il iyun ayının 25-də Regional rouminq razılaşmasının (RRR) təqdimatı ilə bağlı görüş keçirilib. Tədbirdə Şərqi tərəfdaş ölkələrindən Rəqəmsal bazarların uzlaşdırılması (RBU) üzrə əlaqələndiricilər, o cümlədən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) üzvləri iştirak edib.

Görüş zamanı sözügedən razılaşmanın imzalanması istiqamətində məzmun və yol xəritəsi, eləcə də razılaşmanın ilkin variantı Aİ Nümayəndəliklərinə və RBU əlaqələndiricilərinə təqdim olunub. Təqdimatın məqsədi RBU əlaqələndiricilərini RRA ilə əlaqəli yeniliklər barədə məlumatlandırmaq olub. Onlar, lazım gələrsə, gələcəkdə milli uyğunluq prosesini siyasi səviyyədə dəstəkləyəcəklər.

Razılaşmanın yekun versiyası 2020-ci ilin oktyabrında Rəqəmsal Bazarların Uzlaşdırılmasına (RBU paneli) dair növbəti ŞT panelində təqdim olunacaq. Razılaşmanın 2020-ci ilin dekabr ayının əvvəlində keçiriləcək Rəqəmsal iqtisadiyyat üzrə nazirlərin 4-cü ŞT görüşündə imzalanması planlaşdırılır. Regional rouminq razılaşması altı Şərq tərəfdaş ölkəsində mobil telefon xidmətlərindən istifadə edənlər arasında mövcud rouminq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasını təmin edəcək.