2021-ci il 14-15 dekabr tarixlərində “5G kontekstində radiotezlik spektrinin bölüşdürülməsi” mövzusunda regional seminar keçirilib. Tədbir Avropa Komissiyası tərəfindən TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti) çərçivəsində radiotezlik spektrinin paylaşılması sahəsində Aİ-yə üzv dövlətlərin qabaqcıl təcrübələrini və 5G şəbəkəsinin hərracları üçün Aİ-yə üzv dövlətlər tərəfindən həyata keçirilən tədbirləri araşdırmaq məqsədi ilə keçirilib.
İki gün davam edən seminarda Şərq Tərəfdaşlığı ölkələrindən olan iştirakçılar Radio Tezlikləri Spektri üzrə Siyasət Qrupunun (RSPG) spektrin paylaşılması, müxtəlif Aİ ölkələrində 5G lisenziyalaşdırma öhdəlikləri, spektr paylaşılması üzrə Aİ qaydaları, lisenziyalı paylaşılan spektr paylaşımı (LSA) modeli və s. ilə bağlı gördüyü işlərlə tanış olublar. Seminar 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitinə paralel olaraq baş tutub və bu sammitdə Aİ, Aİ-yə üzv dövlətlər və Şərq Tərəfaşlığı ölkələrinin liderləri Birgə Bəyannamə qəbul ediblər. Sənəddə Radiotezlik spektri üzrə regional razılaşmasının (RSA) həyata keçirilməsinə dəstək vermək məqsədilə Aİ ilə əlaqələndirilmiş yanaşma ilə uyğunlaşdırılmaqla 5G şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.