KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına dair regional seminar

  • Tarix: 25/09/20 – 25/09/20
  • Paylaş:

EU4Digital proqramı 2020-ci il sentyabrın 25-də KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına dair regional seminar keçirir.

Seminarın məqsədi, Şərqi tərəfdaşlıq ölkələrində dörd Xidməti vəzifə profilinin KOM-ların və mikromüəssisələrin ehtiyaclarına lazımi qaydada uyğunlaşdırılması barədə ŞT ölkələrinin nümayəndələrinin fikirlərini öyrənmək, eyni zamanda ortaq rəqəmsal səlahiyyət bazanın hazırlanması və razılaşdırılması ilə bağlı növbəti addımları müzakirə etməkdir.

Bu ehtiyaca cavab olaraq EU4Digital rəqəmsal səriştə üzrə vahid yanaşmanın hazırlanmasına kömək edəcək və karyera və tədris planının hazırlanmasına dəstək verəcək Səlahiyyət bazası üzərində işləyir. Baza üç elementdən ibarət olacaq:

  • Səlahiyyət bazasının inkişaf metodlarını, prosesini və məqsədlərini təsvir edən metodologiya.
  • Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üzrə Səlahiyyət bazasının istifadəsinə dair təlimatlar.
  • Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən seçildiyi kimi bir KOM və ya mikromüəssisə daxilində spesifik xidməti vəzifələri yerinə yetirmək üçün əsas səriştə və bacarıqlar da daxil olmaqla seçilmiş Xidməti vəzifə profilləri.

Xidməti vəzifə profilləri adı çəkilən Səlahiyyət Bazası çərçivəsində yaradılıb və KOM-ların və mikromüəssisələrin əməkdaşlarının yenidən hazırlanması və ixtisaslarının artırılmasına dəstək vermək nəzərdə tutulub. Burada məqsəd onların beynəlxalq səlahiyyət standartlarına uyğun olaraq rəqəmsal xidməti vəzifələrinin öhdəsindən gəlməyə kömək etməkdir. Xidməti vəzifə profilləri gələcəkdə işə qəbul elanlarının, işçinin fəaliyyət göstəriciləri barədə daxili sənədlərin və işlə bağlı tapşırıqların hazırlanmasında, o cümlədən işçilərin öz işlərinin spesifik cəhətlərində fəaliyyət göstəricilərinin artırılması üçün konkret tədris planının tərtib olunmasında istifadə oluna bilər. Sözügedən dörd Xidməti vəzifə profili Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən seçilərək hazırlanacaq:

  • Rəqəmsal transformasiya vəzifəsi;
  • Məlumatlar üzrə mütəxəssis vəzifəsi;
  • Məlumat təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi;
  • Rəqəmsal sahə üzrə pedaqoq vəzifəsi.

EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına, o cümlədən Aİ-nin təcrübələrini yaymaq üçün qanunvericilər və təlim təminatçıları üçün təlimlər, konfranslar və Aİ-yə üzv ölkələrə tanışlıq məqsədi daşıyan səfərlərin təşkilini dəstəkləyir.

Qeydiyyat linki: https://globaleysurvey.ey.com/jfe/form/SV_aXjfDp54ni98vjf