Yeni ŞT startap ekosistemi platformasının təqdimatı keçiriləcək

  • Tarix: 09/12/21 – 09/12/21
  • Paylaş:

Dekabrın 9-da EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi ŞT startap ekosistemi platformasının təqdimatını keçirəcək. Tədbirdə platformanın istifadə qaydası və onun potensial istifadəçilər üçün təmin etdiyi faydalar nümayiş ediləcək. İştirakçılar yekun təkmilləşdirmələr ilə bağlı rəylərini bölüşmək imkanı qazanacaq.

EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin və Dealroom.co kimi Aİ tərəfdaşlarının səyləri nəticəsində EuropeanStartups kimi Aİ-nin qabaqcl təcrübələrinə əsaslanaraq Şərq Tərəfdaşlığı startap ekosistemi platformasının ilkin versiyası hazırlanmışdır. Bu adaptiv xəritə ŞT ölkələrində startap ekosisteminin inkişafı üzrə məlumatlara əsaslanan siyasətin inkişafı üçün makro səviyyəli tendensiyalar və etibarlı məlumatlar təmin edəcək.

Tədbir zamanı tərəfdaşlar tərəfindən platformanın ilkin versiyası təfərrüatlı şəkildə təqdim ediləcək. Təqdimat həmçinin, platformanın naviqasiya və məlumatlardan istifadə qaydasını, həmçinin startap ekosistemi iştirakçıları və regional inkişaf üçün üstünlüklərini əhatə edəcək. Tədbir aşağıdakı hissələrdən ibarət olacaq:

  • Şərq Tərəfdaşlığı startap ekosistemi platformasının və əsas funksiyalarının təqdimatı
  • Platformanın əsas istifadə formaları və üstünlüklərinin təqdimatı
  • Platformanın təşviqi üçün əməkdaşlıq
  • Sual-cavab sessiyası

Bu praktiki sessiya biznes assosiasiyaları və şəbəkələrinin nümayəndələrini, maliyyəyə çıxışı təmin edən yerli təşkilatları, innovasiya ekosisteminin inkişafını koordinasiya edən nazirlik və agentlikləri və Şərq Tərəfdaşlığı ölkələrindən olan digər iştirakçıları bir araya gətirəcək. Üzvlər fəal iştirak etməyə və platformada öz rəylərini bölüşməyə dəvət olunur.

Tədbirdə iştirak etməkdə maraqlısınızsa, İKT və innovasiyalar şəbəkəsinin üzvləri olan Eymantas Tatarunas (Eimantas.Tatarunas@lt.ey.com) və ya Simona Petrikaite (Simona.Petrikaite@lt.ey.com) ilə əlaqə saxlayın. Hədəf auditoriya üçün qeydiyyat dekabrın 8-nə qədər davam edəcək.