Rouminq üzrə mütəxəssis işçi qrupu Regional Rouminq Razılaşmasının yekun mətni üzrə razılığa gəliblər

  • Tarix: 20/10/21
  • Paylaş:

30 sentyabr-1 oktyabr tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Rouminq üzrə mütəxəssis işçi qrupunun (REWG) 11-ci iclası zamanı iştirakçılar Regional Rouminq Razılaşmasının yekun mətni ilə bağlı razılığa gəliblər. Tədbirdə həmçinin ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma işinə hazırlıqlar müzakirə edilib.

İclasda altı ŞT ölkəsindən və Aİ-yə üzv ölkələrdən (İrlandiya, Litva, Polşa, Rumıniya və İsveç) 40-a yaxın mütəxəssis, eləcə də Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasının rouminq mütəxəssis işçi qrupunun (BEREC EWG), Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupunun (EMERG), Regional Əməkdaşlıq Şurasının (RCC), Avropa Komissiyasının və EU4Digital proqramının nümayəndələri iştirak edib.

REWG ekspertləri 2021-ci il sentyabrın 23-də Regional Rouminq Razılaşması (RRA) və Radiotezlik spektri üzrə regional razılaşması (RRS) ilə bağlı Maraqlı tərəflərin Forumundakı müzakirələrə əsaslanaraq ŞT ölkələri arasında Regional Rouminq Razılaşmasının yekun mətnini müzakirə edərək razılığa gəliblər. Regional Rouminq Razılaşmasının yekun mətni milli məsləhətləşmələri yekunlaşdırmaq və 2021-ci ilin dekabrında sözügedən sənədin imzalanmasına hazırlıqlara başlamaq üçün maraqlı tərəflərə təqdim olunacaq.

İclasda təqdim olunan və müzakrə olunan daha bir mühüm əhəmiyyət daşıyan mövzu ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma işi ilə bağlı görülən işlər olmuşdur. Sözügedən əsaslandırma işi ŞT ölkələri və Aİ-yə üzv dövlətlər arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı azaldılması daxil olmaqla, vahid beynəlxalq rouminq məkanının mümkünlüyünü tədqiq etmək məqsədilə həyata keçirilir. Tədbirdə əlavə bir neçə məsələ də diqqət mərkəzində olmuşdur. REWG Regional Rouminq Razılaşmasının həyata keçirilməsi üzrə oxşar analoji layihənin icrasında ən son yenilikləri və Qərbi Balkan iqtisadiyyatlarının təcrübəsini izləyir. İclas zamanı REWG-in uzun illərdir sıx əməkdaşlıq etdiyi Regional Əməkdaşlıq Şurasının ekspertləri tərəfindən görülən işlər və problemlər təqdim olunub. Ekspertlər həmçinin COVID-19 pandemiyasının rouminq bazarlarına təsirini müzakirə etmək imkanı əldə ediblər. Onlar xüsusən də İsveç, Polşa və Litvadakı vəziyyətlərə nəzər salıblar. Bundan əlavə, REWG-in 2021-2022-ci illər üzrə strateji və əməliyyat fəaliyyəti ilə bağlı məsələlər REWG üzvləri tərəfindən müzakirə edilərək razılaşdırılıb.