Rouminq sahəsi üzrə maraqlı tərəflərin görüşü

  • Tarix: 06/11/19
  • Paylaş:

Regional Rouminq Razılaşmasının bağlanması ilə bağlı mümkün variantları müzakirə etmək üçün 2019-cu il noyabrın 12-də Litvanın paytaxtı Vilnyusda rouminq sahəsi üzrə maraqlı tərəflərin görüşü keçiriləcək.

Tədbir Avropa İttifaqının dəstəyi ilə Rouminq üzrə mütəxəssis işçi qrupunun sədrliyi və Rabitə və İnformasiyalaşdırma üzrə Dövlət Nəzarəti Milli Komissiyası (NCCIR) ilə əməkdaşlıq çərçivəsində EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Rouminq üzrə mütəxəssis işçi qrupunun (REWG) həmsədrlərindən biri olan Litva Respublikasının Rabitə Tənzimləmə Təşkilatı (RRT) tərəfindən təşkil edilir.

Tədbirin əsas məqsədi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) öhdəlikləri fonunda Regional Rouminq Razılaşmasının (RRR) bağlanması üçün təklif olunan normativ-hüquqi baza variantlarını məsul nazirliklərlə müzakirə etmək və altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsi üçün ən uyğun variantı tapmaqdır. Tədbirdə həmçinin Rouminq üzrə mütəxəssis işçi qrupunun fəaliyyətləri və Regional Rouminq Razılaşmasının bağlanması istiqamətində əldə olunan irəliləyişlər, o cümlədən ŞT və Aİ arasında vahid rouminq məkanının yaradılmasının mümkünlüyü ilə bağlı Rəqəmsal iqtisadiyyat üzrə nazirlərin 3-cü ŞT görüşündə əldə olunan sazişlər təqdim olunacaq.