Şərq Tərəfdaşlığı ölkələri üçün startap ekosistemi platforması istifadəyə verilib

  • Tarix: 03/02/22
  • Paylaş:

Yanvarın 27-də EU4Digital rəsmi olaraq Şərq Tərəfdaşlığı ölkələri üçün startap ekosistemi platformasını istifadəyə verib. Bu platforma regional startap ekosistemi mənzərəsini izləməyə yönəlmiş əsas alət olaraq işlənib hazırlanmışdır və startaplar, innovasiyalar, investorlar və maliyyələşdirmə imkanları və buna oxşar sahələr haqqında məlumatlar təmin edəcək.

2022-ci il Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində startaplar sahəsində yeni texnoloji həllərin yaranması ilə yadda qalacaq. Burada əsasən EU4Digital proqramının Dealroom.co kimi texniki tərəfdaşı ilə birgə hazırladığı ŞT startap ekosistemi platformasını aid etmək olar. Platformanın məqsədi regionda startap ekosisteminin inkişafı üzrə məlumatlara əsaslanan siyasətin hazırlanması və qərarların qəbulu prosesinin asanlaşdırılması; sektorlararası bilik mübadiləsi; və innovatorların gələcək nəslinin qlobal arenada uğur qazanmasına kömək etmək üçün lazım olan tərəfdaşlıqları inkişaf etdirməkdir.

İnteraktiv platformada digər müxtəlif iştirakçılarla yanaşı, 2 500-dən artıq startap toplanıb. İlkin məlumatlara əsasən platformada startapların cari ümumi korporativ dəyəri 62 milyard avrodan çoxdur və 2021-ci ildə 668 milyon avro təşkil edib. Platformada yerləşdirilən məlumatlardan digər nümunələr:

Hal-hazırda platformada qeydiyyatdan keçmək mümkündür. Burada istifadəçilərə tərəfdaşların axtarışı üzrə alətlər, Şərq Tərəfdaşlığı ölkələrində startap və texnologiya ekosisteminə dair etibarlı məlumatlar, eləcə də məlumatlara əsaslanan siyasətin hazırlanması və qərarların qəbulu prosesinin asanlaşdırılmasına dəstək vermək üçün makro səviyyəli tendensiyalar təqdim edilir. Platformadan bir sıra istifadəçi yararlanır:

  • dövlət qurumları və normayaradan qurumlar;
  • vençur kapitalı müəssisələri, mələk investorlar və digər investorlar;
  • startaplar və böyüməkdə olan şirkətlər;
  • tədqiqatçılar və jurnalistlər;
  • universitetlər, xidmət təminatçıları, akseleratorlar.

EU4Digital-ın texniki tərəfdaşı olan Dealroom.co vasitəsilə buradan platforma haqqında daha ətraflı öyrənə bilərsiniz.

EU4Digital sizi bu məlumatı şəbəkələrinizdə paylaşmaqla və ekosistemin bir hissəsi olmaqla Şərq Tərəfdaşlığı startap ekosisteminin sürətləndirilməsinə töhfə verməyə çağırır.

Platformadan istifadə ilə bağlı hər hansı sualınız olarsa, platformada söhbət pəncərəsi vasitəsilə soruşa və ya dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz. Əməkdaşlıq, məlumat mübadiləsi və ya platformanın təşviqi ilə bağlı suallarınız üçün e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz: simona.petrikaite@lt.ey.com və ya matthieu@dealroom.co.