“Rəqəmsallaşdırma və transformasiyanın demokratiyaya təsiri” adlı İkinci ŞT Elektron Demokratiyaya dair Konfransı

  • Tarix: 22/11/19 – 22/11/19
  • Paylaş:

Noyabrın 22-də Lvovda keçiriləcək 2-ci ŞT Elektron Demokratiyaya dair Konfransda bir araya gələcək ŞT Tərəfdaş Ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) və Aİ-yə üzv ölkələrdə elektron demokratiya, elektron iştirak və açıq hökumət sahəsində çalışan mütəxəssislər, elmi dairələrin nümayəndələri, vətəndaş cəmiyyəti və biznes sektorunun, o cümlədən beynəlxalq qurumların nümayəndələri, rəqəmsallaşdırma, şəffaflıq, rəqəmsal transformasiya və demokratiya etikası sahələrində Elektron demokratiyanın imkanları və problemlərinə dair təcrübə və fikir mübadiləsini aparacaqlar.

Son qeydyyat tarixi 25 oktyabrdır.
Bütün ölkələr, demokratik institutları və prosesləri, eləcə də səmərəli idarəçiliyi gücləndirməli olan rəqəmsal dünya yaratmaq üçün keçid mərhələsindədirlər. Keçid mərhələsində olan ölkələrə xüsusilə eyni vaxtda baş verən demokratik, sosial, rəqəmsal, iqtisadi və digər keçidlər də təsir edirlər. Bu ölkələrdən bəzisi yeni texnologiyaların və elektron kanalların birləşdiyi fərdi, yeni demokratiya modeli axtarışındadır.
Elektron demokratiya müasir və inkişaf etmiş cəmiyyətin başlıca elementidir, çünki onun köməyilə cəmiyyət seçilmiş hökumətlərin şəffaflığı və hesabatlılığı, dövlət ilə bağlı məlumatlara çıxış, demokratik proseslərdə iştirak, dövlət və vətəndaş arasında səmərəli əlaqə (xüsusilə gənclər, diaspora, etnik azlıqlar və xüsusi ehtiyaca malik şəxslər), maraqlı tərəflərin səmərəli iştirakı kimi müxtəlif sosial və siyasi məsələləri həll edir.

Tədbirin internet səhifəsi