Fevralın 28-də EU4Digital proqramı Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyası (INATBA) adlı Aİ şəbəkəsinə qoşulan Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan maraqlı tərəflərə dəstək məqsədilə virtual görüş keçirəcək.
INATBA 32 ölkədə etibarlı blokçeyn və bölüşdürülmüş kitabça texnologiyası (DLT) infrastrukturları və tətbiqlərinin işlənib hazırlanması, istifadəsi və idarə edilməsi sahəsində çalışan 170 üzv təşkilatı birləşdirir. Tədbirin məqsədi ŞT-də yerləşən blokçeyn assosiasiyalarının, blokçeyn texnologiyası üzrə normayaradan orqanların və sənaye şirkətlərinin INATBA ilə işləyən nüfuzlu ekspertlər və digər Aİ təşkilatları ilə inteqrasiyasını dəstəkləməkdir. Bu da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində blokçeyn ekosisteminin tənzimlənməsində və inkişafında müsbət dəyişikliklərə töhfə verə bilər.
Qeydiyyat fevralın 25-nə qədər davam edəcək və buradandır.Ətraflı