11-13 noyabr tarixlərində İspaniyanın Malaqa şəhərində EU4Digital proqramı çərçivəsində təşkil olunan üç günlük İKT-nin innovativ inkişafı şəbəkəsinin tədbirində altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən 20 ekspert bir araya gələrək blokçeyn texnologiyasının inkişafını müzakirə ediblər.
İştirakçılar arasında əlaqələrin qurulmasına yönəlmiş tədbirdə əsas diqqət ŞT ölkələrində fəaliyyət göstərən startaplara və böyüməkdə olan şirkətlərə, biznes assosiasiyalarına, İKT infrastrukturu sahəsində çalışan təşkilatlara və blokçeyn üzrə qanunvericilərə ayrılıb və “Uzlaşma – Qlobal Blokçeyn Konqresi 2019” tədbiri ərəfəsində baş tutub. Avropa İttifaqının adı çəkilən sahədə qabaqcıl təcrübəsini bölüşmək məqsədilə Şərqi Tərəfdaş ölkələrindən olan ekspertlər ilə yanaşı, tədbirdə Aİ təşkilatlarını təmsil edən iki ekspert də iştirak edib.
Görüş iştirakçıları ŞT regionun digər ölkələrində mövcud olan vəziyyətə dair daha yaxşı məlumat əldə ediblər. Tədbirdə həmçinin sözügedən regiondan və Avropa İttifaqından olan mütəxəssislər və qərar qəbuletmə prosesində iştirak edənlər arasında əlaqələr qurulub.
“Bu tədbir blokçeyn sahəsində normativ-hüquqi aktlar, standartlaşdırma və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi ilə bağlı mövcud vəziyyəti, eləcə də blokçeyn texnologiyasının müəssisələrə və hökumətlərə təklif edə biləcək üstünlükləri və səmərəliliyi haqqında məlumat əldə etmək üçün olduqca yaxşı bir fürsət oldu”, – deyə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin nümayəndəsi Andrey Kuçka bildirib. “Bu sahədə mövcud olan ən yaxşı təcrübənin öyrənilməsi və normativ-hüquqi aktların dəyişdirilməsi, təhsil və sahibkarlıq layihələrindən bəhrələnmək, ölkəmizdə blokçeyn cəmiyyətinin inkişafını stimullaşdırmaq üçün bu məsələ ilə bağlı Aİ ilə daha sıx əməkdaşlığa ehtiyac var”, – deyə o əlavə edib.
Noyabrın 13-də əsas Qlobal Blokçeyn Konqresində ŞT regionu – “Yeni yaranan bazarlarda rəqəmsal innovasiyalar, blokçeyn və böyüməkdə olan şirkətlər” mövzusunda panel müzakirələr təşkil olunub və EU4Digital təşəbbüsünün sözügedən Uzlaşma konqresinin iştirakçılarına region haqqında baxışlarını çatdırmaq imkanı verib (təqdimata baxın).
Birgə iş nəticəsində iştirakçılar bir-birini daha yaxşı anlayaraq gələcək əməkdaşlığa töhfə verəcək etibarın qurulmasına nail olublar. İştirakçılar, ŞT ölkələrindən olan mütəxəssislər və qərar qəbul edən şəxslərlə ümumilikdə təxminən 240 əlaqə üzrə orta hesabla adambaşı 12 nəfər, eləcə də Aİ ölkələrindən ümumilikdə 20 əlaqə üzrə orta hesabla adambaşı 10 nəfər ilə əlaqələrin qurulduğu bildirilib.
Tədbir ərzində EU4Digital proqramı Aİ-nin Vahid Rəqəmsal Bazarının rəhbəri, Avropa Blokçeyn Tərəfdaşlığı siyasət qrupunun rəhbəri və Etibarlı Blokçeyn Tətbiqləri Assosiasiyasının (INATBA) rəhbəri daxil olmaqla, Aİ-də blokçeyn sahəsi üzrə fəaliyyət göstərən mühüm qanunvericilər və təşkilatların diqqətini cəlb etməyi bacarıb.
“Tədbir çox yaxşı təşkil olunmuşdu və səmərəli idi”, – deyə Azərbaycanı Malaqada təmsil edən Liderlər üçün Qlobal Oracle Assosiasiyasının (GOAL) təsisçisi və rəhbəri Leyla Bağırzada bildirib. “ŞT və Aİ-dən olan bütün iştirakçılar arasında qrup şəklində keçirilən qızğın müzakirələri çox bəyəndim. Tədbirdə müzakirə edilən ideyalar üzərində işləməyə və onları yaxın gələcəkdə tətbiq etməyə şad olaram”.
Avropa İttifaqının EU4Digital təşəbbüsü özünün İKT-nin innovativ inkişafı şəbəkəsinə yönələn tədbirləri vasitəsilə Aİ-nin qabaqcıl təcrübəsinə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startap və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatlara və fəaliyyətlərə dəstək verir.