

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Şərqi tərəfdaşlıq ölkələrində Elektron çatdırılma üzrə pilot layihənin uğurlu nəticələri: rəylər və növbəti tədbirlər
Tarix: 02/03/21
2021-ci il fevralın 24-də EU4Digital proqramı Elektron çatdırılma üzrə pilot layihənin başa çatması ilə bağlı yekun iclasını keçirib. Tədbirdə layihənin nəticələri və Şərqi tərəfdaşıq ölkələri üçün hazırlanmış tövsiyələr və tədbirlər təqdim olunub. Virtual tədbirə nazirliklərin və digər müvafiq dövlət qurumlarının, özəl sektorun, şirkətlərin nümayəndələri, transsərhəd elektron ticarət üzrə işçi qrupunun üzvləri, Elektron çatdırılma üzrə pilot layihənin müşahidəçiləri və EU4Digital ekspert qrupu daxil olmaqla 40-dan çox iştirakçı qatılıb.
Pilot konsepsiya haqqında qısa məlumat
Tədbir Elektron çatdırılma üzrə pilot konsepsiya və onun nəticələri barədə qısa təqdimat ilə başayıb. Elektron çatdırılma sərhədlər və sektorlar arasında elektron məlumatların uyğunlaşdırılmış, təhlükəsiz, etibarlı yolla mübadiləsini təmin edərək rəqəmsal xidmətlərin göstərilməsini asanlaşdırır. Aİ və Şərqi tərəfdaşlıq ölkələrindəki müəssisələr arasında ən geniş istifadə olunduğu üçün pilot layihə çərçivəsində elektron hesab-fakturaların mübadiləsini sınaqdan keçirmək qərara alınıb. Pilot layihə coğrafi baxımdan məhdudlaşdırılmış və aşağıdakı iki formada sınanqdan keçirilmışdır:
- Aİ-yə üzv dövlət və Şərqi tərəfdaşlıq ölkəsi: Polşa (Agerona, Aryzta) və Ukrayna şirkətləri (Kernel, Premier Food) arasında. Daha ətraflı buradan oxuyun.
- ŞT ölkələri arasında: Ermənistan (Vedi-Alco) və Ukrayna şirkəti (Alcoline) arasında. Daha ətraflı buradan oxuyun.
Bu şirkətlərin gördüyü son dərəcə böyük iş və səylərə əlavə olaraq pilot layihə digər iki maraqlı tərəf, yəni koordinator qurumlar olan Rəqəmsal Transformasiya Nazirliyi (Ukrayna) və Dövlət Gəlirləri Komitəsi (Ermənistan), o cümlədən pilot layihə zamanı yaradılan Elektron çatdırılma üzrə giriş nöqtələrinin sahibləri – “DIIA” dövlət müəssisəsi (Ukrayna) və EKENG (Ermənistan) olmadan həyata keçirilə bilməzdi.
Rəylər və gələcək mülahizələr
EU4Digital, pilot layihənin iştirakçılarının vurğuladığı kimi Elektron çatdırılma üzrə texnoloji həllin əsas üstünlüklərini ön plana çəkib:
- transsərhəd biznes tərəfdaşları ilə daha səmərəli və asan ünsiyyət;
- bütün iştirakçılar arasında təhlükəsizliyin, şəffaflığın və inamın artırılması;
- tətbiq sahəsi – hazırda Avropa, Avstraliya, Kanada, ABŞ, Sinqapur və digərləri daxil olmaqla dünyanın 35-dən çox ölkəsində 600-dən çox Elektron çatdırılma giriş nöqtəsi yaradılıb. Bu texnoloji həll satınalma, ədliyyə, səhiyyə və digər sahələrdə müxtəlif sənədlər üçün istifadə edilə bilər.
Görüş zamanı pilot layihədə iştirak edən ölkələrin nümayəndələri pilot layihə üzərində düşünməyə və Elektron çatdırılma üzrə texnoloji həllin gələcək istifadəsi ilə bağlı planlarını bölüşüblər. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyindən Mixailo Latınskiy Elektron çatdırılma həllinin daha da inkişaf etdirilməsi ilə əlaqədar Ukraynanın mövqeyini bir daha vurğulayıb. Onun fikrincə “pilot layihə hələ başlanğıcdır və qarşıda daha böyük işlər görülməlidir”. O, qeyd edib ki, Ukraynada Elektron çatdırılma üzrə giriş nöqtələrinin imkanlarının yaxşılaşdırılması və Aİ təcrübəsinə uyğun olaraq dövlət satınalmalarında elektron qaimə sisteminin tətbiqi gələcək planlardan bir neçəsidir. Transsərhəd elektron ticarət üzrə işçi qrupunda Ermənistanı təmsil edən Kristina Mazmanyan bildirib ki, pilot layihənin nümayiş etdirdiyi üstünlüklər Ermənistanı bu texnoloji həlli milli vergi sisteminə inteqrasiya etmək imkanlarını nəzərdən keçirməyə sövq edib. O qeyd edib ki, Ermənistan Elektron çatdırılma texnoloji həllini gömrük rəsmiləşdirilməsi sisteminə inteqrasiya yollarını da araşdıracaq. Hazırda Dövlət Gəlirləri Komitəsi Ermənistanda Elektron çatdırılma
texnoloji həllinin tam tətbiqi üçün fəaliyyət planı hazırlayır.
Elektron çatdırılma üzrə tövsiyələrin həyata keçirilməsi
Həllin milli səviyyədə həyata keçirilməsini asanlaşdırmaq və digər Şərqi tərəfdaşlıq ölkələrində daha da genişləndirmək üçün EU4Digital proqramının işçi heyəti zəruri hüquqi, təşkilati və texniki düzəlişlər üçün tövsiyələr hazırlayıb. Həmin sənəd adı çəkilən ölkələrlə paylaşılıb və sənədə bunlar daxildir:
- EU4Digital proqramı tərəfindən tətbiq olunan yanaşmaya uyğun olaraq Elektron çatdırılma üzrə texnoloji həlli sınamaq istəyən ölkələr üçün mərhələli bələdçi və pilot layihə müddətində tətbiq olunan əsas təcrübələri təmin edən hazırlıq fəaliyyətləri.
- Fəaliyyət planı, pilot layihədə iştirak etməyən ölkələrə fəaliyyətin uğurla başa çatması üçün lazımi addımları, ilkin şərtləri və vaxtları təqdim edərək Elektron çatdırılma texnoloji həllini tətbiq etməkdə bələdçilik edir.
- Yol xəritəsi Elektron çatdırılma texnoloji həlli üzrə layihənin milli səviyyədə tam şəkildə həyata keçirilməsinə imkan verəcək xüsusi hüquqi, təşkilati və texniki tövsiyələri vurğulamaq üçün pilot layihədə iştirak edən konkret ölkələrə həsr edilmişdir.
- Elektron çatdırılma texnoloji həllinin genişləndirilməsi bölməsi bu həllin digər sahələrdə tətbiq olunmasını araşdırır.
Nələr gözlənilir? Pilot layihə nəticələrinin dayanıqlığını və davamlılığını təmin etmək üçün pilot ölkələrin verilən tövsiyələrə əməl etmələri tələb olunur. Bütün Şərqi tərəfdaşlıq ölkələri gələcək ikitərəfli əməkdaşlıq imkanlarını araşdırmalıdırlar. Şərqi tərəfdaşlıq ölkələrinin Elektron çatdırılma həllini tətbiq etməyə və davam etdirməyə hazır olduqlarını təsdiqləyən cavablarından sonra EU4Digital gələcək potensial ikitərəfli fəaliyyətlərin başlanmasına kömək edəcək.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron ticarət
Daha çox xəbər
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu

27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu
10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu