Uşaqlıqda və həyatın sonrakı dövrlərində bilik və bacarıqların toplanması insanlara öz potensiallarını inkişaf etdirməyə və reallaşdırmağa imkan verir, eləcə də cəmiyyəti daha məhsuldar edir. COVID-19 pandemiyası səbəbindən təhsilin onlayn rejimə keçdiyi dövrdə aydın oldu ki, rəqəmsal texnologiyalar bütün müvafiq istifadəçilər üçün əlçatan olmalıdır. Bu davamlı ehtiyacı dərk edərək, Avropa Təlim Fondu (ETF) bildirir ki, insan kapitalını inkişaf etdirmək üçün özümüzü “qətiyyətli rəqəmsal inteqrasiyaya” hazırlamalıyıq. ETF müxtəlif alətlər və təşəbbüslər vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Şərq Tərəfdaşlığı regionunda rəqəmsal inteqrasiyaya dair siyasət və tədbirləri dəstəkləyir.
ETF Avropa İttifaqının keçid dövründə və inkişaf etməkdə olan ölkələrə təhsil, təlim və əmək bazarı sistemlərində islahatlar yolu ilə insan potensialından maksimum istifadə etməyə kömək edən bir qurumudur. Tərəfdaş ölkələrdəki normayaradan qurumları təhsildə rəqəmsal inteqrasiyanı nəzərdən keçirməyə təşviq etmək üçün 2022-ci ilin noyabr ayında Rəqəmsal Təhsil üzrə İslahat Proqramının icrasına başlanıb. Bu proqram müasir dövrdəki rəqəmsal ekosistemlərə uyğun rəqəmsal təhsil siyasətinin hazırlanmasına, həyata keçirilməsinə və monitorinqinə kömək edəcək. ETF bu proqramdan məsləhətləşmələr zamanı istifadə etməyi nəzərdə tutur. Burada interfeysin dizaynı və istifadəçi təcrübəsi kimi insan yönümlü amillərin əhəmiyyəti ön plana çəkilir.
Hər kəsin bu insan faktorlarının təsirinin canlı şahidi olması üçün ETF Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzi ilə DigitallyExcluded.org internet səhifəsini yaradıb. Bu səhifənin ziyarətçiləri dil, koqnitiv, ünsiyyət və görmə pozğunluqların potensial istifadəçilərin rəqəmsal texnologiyalardan yararlanması və ya istifadəsinə necə mane olduğunu görə bilərlər.
ETF həmçinin SELFIE (İnnovativ təhsil texnologiyalarından istifadəni təşviq etməklə səmərəli öyrənmənin özünü qiymətləndirməsi) adlı başqa bir alətin yaradılmasına öz töhfəsini verib. Bu pulsuz alət məktəblərə rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə prosesinə inteqrasiyasına kömək edir. ETF inkişaf etmiş rəqəmsal infrastruktura malik Ermənistan məktəblərinə kənd məktəblərinə STEM-in (elm, texnologiya, mühəndislik və riyaziyyat) tədrisində dəstək göstərmək üçün SELFIE-dən istifadə etməyə kömək edir. Bu cür mentorluq dövlət layihəsinin bir hissəsidir. Bu, ölkənin regionlarında onlayn təhsil və rəqəmsal inteqrasiya səviyyəsini yüksəltməyə kömək edir.
Bu nümunələr ETF-in “qətiyyətli” rəqəmsal inteqrasiyaya doğru fəaliyyətlərini necə yönləndirildiyini göstərir. “Əgər biz rəqəmsal inteqrasiyanı bir az təkmilləşdirmək istəsək, bu, uzun vaxt aparacaq və özəl sektor bu sahədə önə keçə bilər”. Bunu ETF-in insan kapitalının inkişafı üzrə mütəxəssisi Fabio Naskimbeni deyib. O izah edir ki, qətiyyətli rəqəmsal inteqrasiya konsepsiyası “karbon izinin hesablanması” kimidir”. “Adətə çevrilməklə dünyagörüşünü dəyişir”.
“Qətiyyətli rəqəmsal inteqrasiyaya diqqət insan kapitalının inkişafını təmin edən düzgün siyasətin həyata keçirilməsinə töhfə verəcək”, – deyə Fabio Naskimbeni əlavə edir. “Normaların işlənib hazırlanması prosesinə gəlincə, hər kəsin bu prosesə cəlb olunması baha başa gələ bilər və daha uzun müddət tələb edir, lakin əhatə dairəsi nə qədər geniş olsa, təsiri də bir o qədər güclü olacaq”.
ETF-in paylaşdığı məqaləni tam şəkildə buradan oxuyun.
Əlaqədar məlumat
EU4Digital həmçinin rəqəmsal bacarıqların inkişafı üzərində işləyir və bu inkişafın ardıcıl hesabat sistemi vasitəsilə nəzarət edilməsini təmin edir.
2023-cü ildə Avropa Bacarıqlar İli elan edilib və fasiləsiz təhsilə yeni təkan verərək yaşıl və rəqəmsal transformasiyaya töhfə vermək üçün insanların hüquq və imkanlarını artıracağı gözlənilir.