17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik edən komanda sizi EU4Digital proqramı haqqında xəbərlər, elanlar, məqalələr və digər nəşrlərə çıxış imkanı yaradan çoxlu sayda üsulları nəzərdən keçirməyə dəvət edir - yeni Twitter hesabı vasitəsilə siz də müzakirələrə qoşulun!
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlərini əks etdirən yenilənmiş hesabatını dərc edib. Hesabatda Avropa İttifaqında transsərhəd elektron kommersiya sahəsinin vəziyyəti haqqında ümumi məlumat verilir, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın qiymətləndirilməsi məqsədilə etalon olaraq Aİ-nin qabaqcıl təcrübə və normaları təqdim olunub. Hesabatda üç əsas sahə təhlil edir: qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi.
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı haqqında daha ətraflı öyrənmək istəyirsiniz? EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuş iki tədbir təşkil edir. Noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransında daha geniş müzakirələr üçün şərait yaradılacaq. Konfransda istənilən şəxs iştirak edə bilər. 2023-cü il noyabrın 15-də EU4Digital proqramının II mərhələsinin Koordinasiya komitəsinin dəvət olunmuş üzvləri üçün regional EU4Digital təşəbbüsünü və layihələri müzakirə etmək məqsədilə görüş keçiriləcək.
Daha çox oxu30/06/2023
Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
Daha çox oxu14/06/2023
Azərbaycan, Moldova və Ukrayna üçün yükdaşıma məlumatlarının elektron mübadiləsinə (eFTI) dair yol xəritəsi hazırlanacaq
EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri arasından Azərbaycanı, Ukrayna və Moldovanı seçərək bu ölkələr üçün yükdaşımalarına dair məlumatların elektron mübadiləsinin (eFTI) tətbiqi üzrə fərdi yol xəritələri hazırlayacaq. 2025-ci ilin dekabrında qüvvəyə minəcək Avropa İttifaqının eFTI Reqlamentinə uyğun olaraq yol xəritələri hazırlanacaq. Bu, xəritələr yükgöndərənlər, daşıyıcılar, səlahiyyətli orqanlar və malların daşınmasında iştirak edən digər maraqlı tərəflər arasında məlumat mübadiləsini sadələşdirəcək və rəqəmsallaşdıracaq. Şərq Tərəfdaşlığı ölkələrində eFTI-yə bənzər yanaşmanın tətbiqi onların Aİ-nin eFTI ekosisteminə inteqrasiyasına kömək edəcək və bu ölkələrin səlahiyyətli orqanlarına və bu sahədə çalışan şirkətlərinə fayda verəcək.
Daha çox oxu24/03/2023
Elektron ticarət üzrə məsləhət mərkəzi istifadəyə verilib
EU4Digital proqramının elektron ticarət üzrə məsləhət mərkəzi təsis edilib. Mərkəzdə Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən kiçik və orta müəssisələrə (KOB-lar) elektron satış platformalarında qeydiyyatdan keçməyə və məhsullarını satışa çıxarmağa imkan verəcək təlim sessiyaları keçiriləcək. Mərkəzin əsas məqsədi ŞT-də KOB-ların sayını artırmaq və Aİ ilə ŞT arasında elektron ticarətin həcmini 50% artırmağa kömək etməkdir. 16 mart 2023-cü il tarixində proqramın Elektron ticarət üzrə komandası Elektron ticarət üzrə məsləhət mərkəzini açaraq ilk təlim sessiyasını təşkil edib.
Daha çox oxu07/03/2023
EU4Digital proqramının elektron kommersiya üzrə sürətləndiricisi ŞT KOB-ları üçün yenidən fəaliyyətə başlayır
ŞT regionundakı KOB-lar EU4Digital elektron kommersiya sürətləndiricisi tərəfindən təklif olunan həllərdən yararlana biləcəklər. ŞT-dən olan maraqlı tərəflər üçün 14 fevral 2013-cü il tarixində bu mövzuya həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir EU4Digital proqramının elektron ticarət üzrə komandası tərəfindən proqramın II mərhələsindəki yenilənmiş fəaliyyətlər çərçivəsində təşkil olunub. Burada həmçinin bu ilin sonuna qədər davam edəcək Elektron kommersiya sürətləndiricisi işə salınıb. Maraqlanan KOB-lar daha ətraflı məlumat üçün EU4Digital komandası ilə əlaqə saxlaya bilərlər.
Daha çox oxu