17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik edən komanda sizi EU4Digital proqramı haqqında xəbərlər, elanlar, məqalələr və digər nəşrlərə çıxış imkanı yaradan çoxlu sayda üsulları nəzərdən keçirməyə dəvət edir - yeni Twitter hesabı vasitəsilə siz də müzakirələrə qoşulun!
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı haqqında daha ətraflı öyrənmək istəyirsiniz? EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuş iki tədbir təşkil edir. Noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransında daha geniş müzakirələr üçün şərait yaradılacaq. Konfransda istənilən şəxs iştirak edə bilər. 2023-cü il noyabrın 15-də EU4Digital proqramının II mərhələsinin Koordinasiya komitəsinin dəvət olunmuş üzvləri üçün regional EU4Digital təşəbbüsünü və layihələri müzakirə etmək məqsədilə görüş keçiriləcək.
Daha çox oxu20/08/2023
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq və inkişafını gücləndirmək üçün EU4Digital proqramı əsas prioritetləri müəyyən edərək iki tədbir zamanı onları bölüşüb. Onlayn formatda keçirilən məlumatlandırma sessiyaları Şərq Tərəfdaşlığı ölkələrində startap ekosisteminin fəaliyyət göstəricilərinin, boşluqların və ehtiyacların intensiv tədqiqi ilə yekunlaşıb. Yeni hesabatda bunlar haqqında ətraflı məlumat və tövsiyələr yer alıb. Sözügedən iki tədbirin iştirakçıları regionun ekosistem iştirakçılarını dinləyib və tədqiqatın əsas nəticələri haqqında məlumat alıblar. Şərq Tərəfdaşlığı ölkələri ekosistem qurucularının səlahiyyətlərinin artırılmasına və inkubatorların potensialının artırılmasını prioritet məsələ olaraq gündəmdə saxlamalıdırlar.
Daha çox oxu31/07/2023
İKT və innovasiyalar şəbəkəsi “Startap körpüsü: Şərqlə Qərbin qovuşması” adlı tədbir keçirib
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna startapları Fransa və Şərq Tərəfdaşlığı (ŞT) innovasiyalar ekosisteminin nümayəndələri ilə "Startup körpüsü: Şərqlə Qərbin qovuşması" adlı tədbirdə bir araya gəliblər. EU4Digital proqramı tədbiri Expertise France ilə birgə təşkil edib. 16 iyun 2023-cü ildə Paris şəhərində keçirilən şəbəkə tədbirini həm startaplar, həm də kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) üçün dəyər yaradan innovasiya sürətləndiricisi olan Wilco tərəfindən təşkil olunub.
Daha çox oxu30/06/2023
Təkmilləşdirilmiş və yenidən istifadəyə verilmiş EU4Digital internet səhifəsini kəşf edin!
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal transformasiya haqqında xəbərlər, resurslar və digər informasiya axtarışındasınız? O zaman EU4Digital proqramının yenidən istifadəyə verilmiş https://eufordigital.eu/az/ veb-saytını ziyarət edin! Yenilənmiş səhifəsində EU4Digital proqramı özünün geniş rəqəmsal icması üçün günün tələblərinə cavab verən məzmun və təkmilləşdirilmiş istifadəçi təcrübəsi təklif edir.
Daha çox oxu29/05/2023
Startap körpüsü: Şərqlə Qərbin qovuşması
Şəbəkə tədbirində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan ən perspektivli startaplara və ekosistemin digər nümayəndələrinə siz də qoşulun. "Startap körpüsü: Şərqlə Qərbin qovuşması" adlı tədbir EU4Digital və "Expertise France" tərəfindən Şərq Tərəfdaşlığı (ŞT) regionu startap ekosistemində inkişaf və tərəfdaşlıq naminə startapları Fransanın mötəbər investorları və sürətləndiricilərini bir araya gətirəcək.
Daha çox oxu