Dekabrın 14 və 15-də Aİ altı Şərq Tərəfdaşlığı ölkəsinin milli tənzimləyici orqanları və digər müvafiq nazirliklər üçün “5G kontekstində radiotezlik spektrinin bölüşdürülməsi” mövzusunda regional seminar təşkil edəcək.
TAIEX – Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil olunan onlayn seminarın məqsədi Aİ-nin tənzimləyici bazasındaradiotezlik spektrinin idarə edilməsi sahəsində ən son yenilikləri və onların Aİ-yə üzv dövlətlərdə erkən tətbiqini təqdim etməkdir.
İtaliya, Almaniya, Avstriya, Portuqaliya, Litva və Çexiyadan olan TAIEX ekspertləri sözügedən mövzuda təcrübələrini bölüşəcəklər.