Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni onlayn platformasında biznesin onlayn qaydada həyata keçirilməsinə dair bələdçi yerləşdirilib. Məqsəd Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin COVID-19 pandemiyasından sonra yaranan çətinliklərlə mübarizəsinə dəstək vermək və onlara qanunvericilik və biznesin təşkili ilə bağlı məsləhətlər təmin etməkdir.
Veb-saytda sahibkarlara biznes strategiyası, işçi qüvvəsi və maliyyə məsələlərində dəstək daxil olmaqla, “Biznesin onlayn formata keçirilməsi” və aşağıdakı mövzularda beş bələdçi yerləşdirilib:
- Onlayn qaydada fəaliyyətin biznes üçün faydaları
- Biznesimi onlayn qaydada necə təşkil edə bilərəm?
- Onlayn qaydada alış-veriş
- Onlayn biznes üzrə qanuni tələblər
- İT dəstək və risklərin idarə olunması
Şablonlar bələdçiləri dəstəkləyir və istifadəçilərə gündəlik işlərində konsepsiyalar tətbiq etməyə kömək edir.
Bələdçiyə Logistika və daşıma sektorunda onlayn qaydada fəaliyyət adlı tematik araşdırma da daxildir.
Veb-saytın Gürcüstan, Moldova və Ukrayna üçün yerli dillərdə tövsiyələr verən üç ayrı səhifəsi də var.
Daha çox öyrən
AYİB-in KOB-lar üçün onlayn resursu
Biznesin onlayn formata keçirilməsi
Gürcüstan, Moldova və Ukrayna üçün xüsusi internet səhifələri