Telekommunikasiya qaydaları: EU4Digital təşəbbüsünün təşkil etdiyi tədbirdə nailiyyətlər və qarşıda duran vəzifələr təqdim olunub

  • Tarix: 14/10/20
  • Paylaş:

Oktyabrın 7-də EU4Digital təşəbbüsü Koordinasiya Komitəsinin ikinci illik iclası (5-9 oktyabr) çərçivəsində keçirilən virtual görüş zamanı Telekommunikasiya qaydaları sahəsində əldə olunan nailiyyətlər və gələcək məqsədlər təqdim olunub.

EU4Digital təşəbbüsünün qrup rəhbəri Artur Piliponis, Avropa Komissiyasının rəsmi şəxsləri, Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) üzvləri və onun Ekspert işçi qrupları (EWGs), Dünya Bankının nümayəndələri, Vətəndaş cəmiyyəti forumunun üzvləri, Rəqəmsal bazarların uzlaşdırılması (RBU) üzrə əlaqələndiricilər və Aİ Nümayəndəliklərinin əməkdaşları daxil olmaqla, tədbirə qatılan 50-dən artıq iştirakçını salamlayıb.

Telekommunikasiya qaydaları tematik sahəsi, Telekommunikasiya qaydaları proqramının rəhbəri Andres Dombrovoskis tərəfindən təqdim edilib. O, tematik istiqamətin əhatə etdiyi üç mövzu – beynəlxalq rouminq, Milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyi və Şərqi tərəfdaşlıq ölkələrində 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi istiqamətində görülən işlərin vəziyyəti və gələcək planlar haqqında məlumat verib.

Beynəlxalq rouminq sahəsində isə diqqət altı Şərqi tərəfdaşlıq ölkəsi arasında 2020-ci ilin sonlarında və ya 2021-ci ilin əvvəllərində imzalanması planlaşdırılan Regional Rouminq Razılaşması (RRR) ilə əlaqədar danışıqlara və həmin sənədin imzalanması üçün hazırlıq işlərinə yönəlib. RRR-nin imzalanması nəticəsində rouminq qiymətlərinin 87% azalması gözlənilir. Bununla da həmin ölkələrdə yaşayan vətəndaşlara 4.6 milyon avro həcmində mənfəət təmin olunacaq. Bundan əlavə, oktyabrın 7-də keçirilən tədbir zamanı Şərqi tərəfdaşlıq ölkələri və Aİ-yə üzv ölkələr arasında vahid rouminq məkanının yaradılması imkanlarını araşdırmaq üçün yeni fəaliyyətə başlanıb (daha ətraflı buradan oxuyun).

MTO-ların müstəqilliyi mövzusu ilə əlaqəli əsas məqsəd, Şərqi tərəfdaşlıq ölkələrində MTO-ların müstəqilliyini artırmaq üçün ölkələr üzrə spesifik tövsiyələr və fəaliyyət planları hazırlamaqdır. Ümumi metodologiyaya əsaslanan MTO-ların müstəqilliyi ilə bağlı boşluqların qiymətləndirilməsi işinin ilkin nəticələri və müşahidələri hazırlanıb və 2020-ci il oktyabrın sonuna qədər başa çatdırılması gözlənilir. Hesabatda təqdim olunan tövsiyələrə əsasən, ölkələr üzrə spesifik tədbirlər hazırlanacaq və 2021-ci il ərzində EU4Digital Proqramı müəyyən edilmiş boşluqları aradan qaldırmaq və tövsiyələri həyata keçirmək üçün texniki dəstək təmin etməyə davam edəcək.

Şərqi tərəfdaşlıq ölkələrində 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi sahəsində, ŞT regional yol xəritəsi və 700 MHz radiotezlik diapazonunun istifadə verilməsini nəzərdə tutan ölkələr üzrə spesfik planlar artıq tamamlanmışdır və həyata keçirilməsi üçün ölkələrə təqdim edilmişdir. Mövcud mərhələdə proqramın Telekommunikasiya qaydaları qrupu, danışıqların son mərhələsində olan və 2020-ci ilin sonlarında və ya 2021-ci ilin əvvəllərində imzalanması gözlənilən Radiotezlik spektri üzrə regional razılaşma (RRS) üzrə regional danışıqları dəstəkləyir.

İclas zamanı EU4Digital təşəbbüsünün qrup rəhbəri Artur Piliponis iştirakçıları 2021-ci ildən sonra Telekomunikasiya qaydaları sahəsinə dair fikirlərini bölüşməyə dəvət edib və aşağıdakılar daxil olmaqla, gələcəyə dair mülahizələrini təqdim edib:

  • Aİ-yə üzv dövlətlər və Şərqi tərəfdaşlıq ölkələri arasında rouminq qiymətlərinin endirilməsi;
  • İnternet xidmətlərinin keyfiyyəti və əhatə dairəsinin hərtərəfli monitorinqi üçün mexanizm və vasitələrin yaradılması;
  • Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxışın təşviqi üçün yol xəritəsinin/fəaliyyət planının hazırlanması;
  • 5G mobil şəbəkələri üçün potensial tezlik diapazonlarının (700 MHz istisna olmaqla) istifadəyə verilməsi və bölüşdürülməsi üçün yol xəritəsi/fəaliyyət planının hazırlanması;
  • ŞT ölkələrində 5G üzrə strategiyalar və 5G üzrə pilot layihələrin icrasına başlanması.
  • Tərəfdaşlıq ölkələrinin elektron rabitə bazarlarında səmərəli rəqabəti təşviq
  • etmək üçün MTO-ların yaradılması.

Tədbir, EU4Digital Proqramının müvafiq qrupunun təqdimatından sonra, EaPeReg-in nümayəndələrinin rəyləri, sual-cavab sessiyası, eləcə də Dünya Bankının genişzolaqlı rabitə üzrə layihəsi, görülən işlərin cari vəziyyəti və gələcək planlar barədə təqdimatı ilə davam edib.

Əlavə məlumat

EU4Digital proqramı, EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci iclasını proqram çərçivəsində əldə olunan nəticələrin nəzərdən keçirilməsi üçün bir sıra virtual sessiyalar şəklində təşkil etmişdir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.