Telekommunikasiya qaydaları: canlı görüşləri virtual ünsiyyət ilə əvəz edən EU4Digital təşəbbüsü prioritetlərinə sadiq qalmışdır

  • Tarix: 15/05/20
  • Paylaş:

Son illərdə işgüzar aləmdə virtual ünsiyyət getdikcə daha çox populyarlıq qazanmağa başlayıb, çünki bununla görüş məkanına səyahət ilə əlaqədar olaraq zaman itkisinə və xərclərə yol verilmir. Lakin bəzi sahələrdə səyahətə sərf olunan zaman və xərclərə rəğmən hələ də üzbəüz görüşlərə üstünlük verilirdi. Bununla belə, COVID-19 virusunun kütləvi surətdə yayılması virtual ünsiyyəti yeganə mümkün əməkdaşlıq formasına çevirdi və “adi işgüzar” konfranslardan fərqli olaraq alternativ, daha doğrusu rəqəmsal seçimlərin inkişafına şərait yaratdı.

EU4Digital təşəbbüsü müxtəlif maraqlı tərəflərin, məsələn nazirliklər, tənzimləyici orqanlar və digərlərinin iştirak etdiyi çoxmillətli layihə olduğundan şəxsi ünsiyyətdən əhəmiyyətli dərəcədə asılıdır və müxtəlif Şərqi tərəfdaş ölkələr, eləcə də Avropa ölkələrinə səfərləri əhatə edir. İclaslar və konfranslar əksər hallarda diqqətli şəkildə planlaşdırılmalı və bir neçə ay öncədən təyin edilməlidir. COVID-19 virusu Avropa daxilində yayılmağa başladıqdan sonra EU4Digital təşəbbüsünün Telekommunikasiya qaydaları şəbəkəsinin işçi heyəti uzaqgörənlik nümayiş etdirərək koronavirus ilə bağlı vəziyyət aydınlaşana qədər dərhal Azərbaycan, Moldova, Gürcüstan və Belarusa planlaşdırılan səfərləri, o cümlədən ekspert qruplarının iclaslarını təxirə salmaq qərarına gəldi. Ancaq sosial izolyasiya tətbiq olunan ölkələrin sayı artdıqca iclasların təşkili və fəaliyyətin həyata keçirilməsi üçün alternativ yolların tapılması tələb olunurdu.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində EU4Digital təşəbbüsünün Telekommunikasiya qaydaları şəbəkəsinin işçi heyəti tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) hər bir ekspert işçi qrupu üçün Microsoft Teams (MS Teams) platformasında ayrıca virtual qruplar yaradılıb. Bu yolla EaPeReg, habelə EU4Digital təşəbbüsünün işçi heyəti səmərəli şəkildə əməkdaşlıq etmək imkanı qazanıb. Bundan əlavə, EU4Digital təşəbbüsü, Rouminq üzrə mütəxəssis işçi qrupu (REWG) ilə birgə canlı iclasları virtual mühitə daşıyaraq üç virtual REWG iclası təşkil etmişdir. Bu iclaslarda Şərqi tərəfdaş ölkələri Regional rouminq sazişinin (RRA) layihəsi ilə bağlı rəylərini bildirmək və RRA-nın imzalanması istiqamətində gələcək addımlar barədə razılığa gəlmək imkanı əldə ediblər. Hər kəsin yeni iş üsullarına alışdığı bu görünməmiş böhran dövründə fəaliyyətlərdə irəliləyişi və məhduldarlığı qoruyub saxlamaq və koronavirusa yoluxmanın qarşısını almaq üçün üzbəüz ünsiyyətin azaldılması çox vacibdir. Bundan əlavə, EU4Digital təşəbbüsü ümumi praktiki nəticələrin əldə olunması istiqamətində virtual ünsiyyətin canlı görüşlər qədər təsirli ola biləcəyi qənaətinə gəlmişdir.