Telekommunikasiya qaydaları

Avropa İttifaqının EU4Digital təşəbbüsü çərçivəsində 2020-ci ilə qədər Şərqi Tərəfdaş ölkələr arasında vahid rouminq məkanının tətbiqi, Milli tənzimləyici orqanların müstəqilliyinin artırılması və tezlik bölgüsü üzrə əlaqələndirilmiş strategiyaların hazırlanması istiqamətində səylərə dəstək vermək nəzərdə tutulub.

Daha çox oxu

Etimad və təhlükəsizlik

EU4Digital Şərq Tərəfdaşlığı regionunda bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron xidmətlər üçün mühüm komponentlər olan rəqəmsal iqtisadiyyat sahəsində etimad xidmətlərinin inkişafına və vacib əhəmiyyət daşıyan infrastrukturun təkmilləşdirilməsi üçün kibertəhlükəsizliyə dəstək verir.

Daha çox oxu

Elektron ticarət

Avropa İttifaqı EU4Digital təşəbbüsü vasitəsilə Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə ticarətin asanlaşdırılması və uyğunlaşdırılması üçün elektron ticarət, elektron gömrük və elektron logistika üzrə vahid bazaların təşviqi və Rəqəmsal Nəqliyyat Dəhlizlərinin yaradılması istiqamətində səylərə dəstək verir.

Daha çox oxu

İKT-nin innovativ inkişafı

Avropa İttifaqı özünün EU4Digital təşəbbüsü vasitəsilə Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatlara və fəaliyyətlərə dəstək verir.

Daha çox oxu

Elektron səhiyyə

Avropa İttifaqı EU4Digital təşəbbüsü çərçivəsində həm ŞT ölkələri arasında, həm də Aİ ilə elektron səhiyyəyə dair uyğunlaşdırılmış milli bazaların hazırlanmasına dəstək verir.

Daha çox oxu

Elektron bacarıqlar

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir və rəqəmsal sahədə iş yerləri üzrə milli koalisiyaların və kiçik müəssisələr üzrə səlahiyyət bazasının yaradılması istiqamətində fəaliyyət göstərir.

Daha çox oxu

Hadisələr

Startap körpüsü: Şərqlə Qərbin qovuşması

  • 16/06/23 - 16/06/23

Şəbəkə tədbirində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan ən perspektivli startaplara və ekosistemin digər nümayəndələrinə siz də qoşulun. "Startap körpüsü: Şərqlə Qərbin qovuşması" adlı tədbir EU4Digital və "Expertise France" tərəfindən Şərq Tərəfdaşlığı (ŞT) regionu startap ekosistemində inkişaf və tərəfdaşlıq naminə startapları Fransanın mötəbər investorları və sürətləndiricilərini bir araya gətirəcək.

Daha çox öyrən

Aİ-nin Kodlaşdırma Həftəsi 2023

  • 07/10/23 - 22/10/23

Hər il bütün yaş dövründə olan və müxtəlif təhsil və peşəyə sahib şəxslər arasında rəqəmsal texnologiyalar sahəsində savadlılığın və kodlaşdırma bacarıqlarının əhəmiyyətini vurğulayan Aİ-nin Kodlaşdırma Həftəsi keçirilir. Tədbirlər bütün il boyunca keçirilir, amma iki həftə xüsusilə Kodlaşdırma Həftəsi üçün ayrılıb. Bu il Kodlaşdırma Həftəsinin 7-22 oktyabr arası tarixlərində keçirilməsi nəzərdə tutulub.

Daha çox öyrən

Hamısına bax

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax