TNC21″ Tədqiqat və Təhsil üzrə şəbəkə konfransı keçiriləcək

  • Tarix: 21/06/21 – 25/06/21
  • Paylaş:

Hər il keçirilən TNC Tədqiqat və Təhsil üzrə şəbəkə konfransı milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ-lar), universitetlər, tədqiqat təşkilatları və qurumları, eləcə də sənaye, şəbəkələşmə, etimad və identifikasiya, girişə nəzarət və digər sahələrdə müxtəlif vəzifələri icra edən mütəxəssisləri bir araya gətirir.

TNC konfransı iştirakçıları həm texniki, həm də tətbiq və nəzarət baxımından tədqiqat şəbəkələrinin qurulması sahəsində son yeniliklərıə tanış edir.

Artıq 36-cı dəfə keçirilən TNC21 konfransı 21-25 iyun 2021-ci il tarixində ilk dəfə olaraq tamamilə onlayn qaydada keçiriləcək.

Qeydiyyat iyunun 18-də saat 12:00-da (Mərkəzi Avropa vaxtı ilə) bitir.

TNC konfransı Avropa İttifaqı tərəfindən GÉANT (GN4-3) layihəsi çərçivəsində birgə maliyyələşdirilən tədbirdir. GÉANT 2020 Tərəfdaşlıq Çərçivə Sazişinə (FPA) əsasən, layihə Avropa İttifaqının “Horizon 2020” tədqiqat və innovasiya proqramı çərçivəsində maliyyələşdirilir.

TNC21-in veb-saytı