Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işlər müzakirə olunub

  • Tarix: 29/06/21 – 29/06/21
  • Paylaş:

Gələcək fəaliyyətləri və Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işləri müzakirə etmək üçün iyunun 29-da EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edir.

Tədbirdə Avropa Komissiyasının nümayəndələri Aİ regionunda elektron səhiyyə sahəsindəki son yeniliklər haqqında tədbir iştirakçılarına məlumat verəcək, eyni zamanda İspaniya (Kataloniya) və Portuqaliyadan olan natiqlər öz ölkələrində elektron səhiyyədə qarşılıqlı fəaliyyət sahəsində görülən işlərə toxunacaqlar.

Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Müzakirələrin ardınca Avropa Komissiyasının nümayəndəsi tərəfindən Aİ-nin səhiyyə üzrə məlumatlar məkanına dair strategiyası, yeni nəsil Avropa Elektron sağlamlıq kartları mübadiləsi formatı (EHRxF) və Aİ-nin elektron səhiyyə sahəsindəki digər mühüm yeniliklər, eləcə də İspaniya və Portuqaliya üzrə ölkə səviyyəli gələcək planlar barədə məlumat veriləcək.

Tədbirin sonunda hər bir Şərq Tərəfdaşlığı ölkəsini təmsil edən Elektron səhiyyə şəbəkəsinin nümayəndəsi öz ölkəsində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işlərdən danışacaqlar.