Seminar: COVID-19 və onun Avropanın kibertəhlükəsizlik ilə bağlı mövqeyinə təsiri

  • Tarix: 29/05/20 – 29/05/20
  • Paylaş:

Mayın 29-da Mərkəzi Avropa vaxtı ilə saat 11:30-dan etibarən Avropa Kibertəhlükəsizlik Təşkilatı (ECSO) tərəfindən COVID-19 pandemiyası səbəbindən yaranan ümumi kibertəhlükəsizlik problemlərinin həllində Avropa əməkdaşlığının əlavə dəyərini vurğulayan bir sıra seminarlar çərçivəsində “COVID-19 və onun Avropanın kibertəhlükəsizlik ilə bağlı mövqeyinə təsiri” mövzusunda seminar keçiriləcək.

Seminarda təqdimat ilə çıxış edəcək şəxslər bunlardır: 

  • Avropa Komissiyası DG CNECT-in baş direktor müavini Cənab Xəlil Rouhana 
  • F-Secure şirkətinin prezidenti və baş icraçı direktoru Samu Konttinen
  • ESCO-nun idarə heyətinin sədri, “Big Data and Security”, ATOS şirkətlərinin direktor müavini Filip Vanye
  • Thales şirkətində kibertəhlükəsizliyin qiymətləndirilməsi və məsləhət xidməti şöbəsinin rəhbəri Jan Mari Letort

Avropa Komissiyasının dəstəyi ilə ECSO tərəfindən təşkil olunan bu silsilə seminarda iştirak etmək üçün qeydiyyat artıq başlanıb.

Buradan qeydiyyatdan keçə bilərsiniz

Daha çox öyrən