Ukrayna və Polşa arasında tətbiq olunan Elektron çatdırılma pilot texnoloji həlli 2020-ci ilin oktyabrında istifadəyə verilib və həmin ilin noyabrında müvəffəqiyyətlə başa çatdırılıb. Pilot layihənin başa çatdırılması Ukrayna və Polşadan olan transsərhəd ticarət tərəfdaşları Peppol Elektron çatdırılma şəbəkəsi vasitəsilə standart hesab-faktura məlumatlarını uğurla mübadilə ediblər.
Pilot layihənin sona çatmasına baxmayaraq, Ukrayna Elektron çatdırılma həllinin yenidən istifadəsinə dair maraq göstərməkdə davam edir. Ölkədə Elektron çatdırılma texnoloji həllinin istifadəsini daha da təşviq etmək üçün Ukraynada pilot layihəni koordinasiya edən Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi 2020-ci ilin dekabrında baş tutan Elektron çatdırılma ilə əlaqədar vebinar daxil olmaqla müxtəlif fəaliyyətlərə başlayıb.
EU4Digital Proqramı ilə birgə təşkil olunan və bir saat davam edən vebinar ərzində sözügedən proqramın aparıcı ekspertləri tərəfindən Elektron çatdırılma texnoloji həllinin məqsədi və faydaları haqqında məlumat verilib. Giriş nöqtəsinin sahibi olan “DIIA” dövlət müəssisəsi və Kernel və Premier Food adlı iştirakçı idxal və ixrac şirkətləri EDI xidməti provayderi olan EDIN şirkəti ilə birgə pilot layihədə iştiraklarına dair rəy və təcrübələrini bölüşüblər.
Vebinara buradan baxa bilərsiniz.
Ukrayna və Polşa arasında həyata keçirilən Aİ-ŞT pilot layihəsinə əlavə olaraq EU4Digital Proqramı sözügedən həlli ŞT daxilində (Ermənistan və Ukrayna arasında) sınaqdan keçirmək təşəbbüsü ilə çıxış edib və bu məqsədlə dekabr ayında lazımi hazırlıqlara başlanılıb. Bundan sonra EU4Digital Proqramı, sözügedən həllin tam miqyaslı tətbiqi üçün lazımi hüquqi, təşkilati və texniki düzəlişlər, o cümlədən Elektron çatdırılma həllinin Şərqi tərəfdaşlıq ölkələrində geniş miqyasda istifadəsinə dair tövsiyələr hazırlayacaq. Tövsiyələrin ardınca yekin vebinar təşkil olunacaq və orada həmin tövsiyələr təqdim olunaraq sözügedən həllin təkrar istifadəsinin mümkünlüyü nəzərdən keçiriləcək.
Məlumatlı qalmaq üçün Abunə olun!