2021-ci ildə və daha sonrakı illərdə elektron kommersiya sahəsində hansı dəyişikliklər gözlənilir? EU4Digital proqramının elektron kommersiyaya dair tədbirində bu sahədə gözlənilən dəyişikliklər diqqət mərkəzində olub

  • Tarix: 09/06/21
  • Paylaş:

2021-ci il mayın 21-də EU4Digital proqramı tərəfindən “2021-ci ildə və ondan sonra elektron kommersiya sahəsində dəyişikliklər: Şərqi tərəfdaşlıq ölkələri necə hazırlaşa bilərlər?” mövzusunda məlumatlandırma xarakterli virtual tədbir keçirib.

Tədbirə altı Şərqi tərəfdaşlıq ölkəsindən nazirliklər, gömrük orqanları, poçt operatorları, bazarlar və biznes assosiasiyaları daxil olmaqla 70-dən çox müxtəlif iştirakçı qatılıb. Tədbirin əsas məqsədi, 2021-ci ildə Aİ-də tətbiq olunan Avropa Komissiyasının Elektron kommersiya üzrə ƏDV paketinin bir hissəsi olaraq 1 iyul 2021-ci ildən etibarən qüvvəyə minən dəyişikliklər və yeni satış qaydaları haqqında daha ətraflı məlumat vermək olub.

EU4Digital proqramının qrup lideri Artur Piliponis hazırda Aİ-nin elektron kommersiya sahəsini formalaşdıran tendensiyalar və sürətləndirici amillər haqqında söz açıb. Qeyd olunan əsas tendensiyalar arasında onlayn rəqiblər arasında artan rəqabət, müştəri təcrübəsi və sifarişin yerinə yetirilməsi və çatdırılması baxımından artan əhəmiyyət və bazarda artan dominantlıq da olub.

İştirakçılar həmçinin EU4Digital proqramı, onun fəaliyyəti və məqsədləri ilə tanış olublar (tematik sahələr və onların məqsədləri haqqında daha ətraflı öyrənmək üçün buraya klikləyin). EU4Digital Proqramının qrup rəhbərinin müavini Ruta Salvite-Tamosiyuniyen elektron kommersiya sahəsində görülən tədbirlərin nəticələrinə toxunub və Elektron kommersiya üzrə Aİ-nin əsas parametrləri, Elektron kommersiyanın uyğunlaşdırılması üçün tövsiyələr siyahısı, eləcə də hal-hazırda icra olunan pilot layihə və onun faydaları haqqında danışıb. 

Ümumdünya Poçt İttifaqının Məşvərət Komitəsi və “Ecommerce Europe” təşkilatının həmsədri Volter Tresek 2021-ci ildə gömrük və vergi sahəsindəki əsas dəyişiklikləri təqdim edib. Cənab Tresek 2021-ci ilin iyununda tətbiq olunan ən mühüm dəyişikliklərin təfərrüatlarına dair təqdimatla çıxış edib:

  • Bütün məhsullar əvvəlcədən rəqəmsal qaydada bəyan edilməlidir (bağlama çatdırılmazdan öncə)
  • ƏDV qiymətindən asılı olmayaraq bütün məhsullardan toplanmalıdır (<22 avro limiti aradan qaldırılır).
  • Satış məntəqəsində transsərhəd ƏDV-nin toplanmasına imkan yaratmaq üçün Vahid pəncərə (IOSS) sistemi tətbiq ediləcək (məs, internet mağazasında, bazar yerində).
  • İdxal olunan bütün məhsul partiyaları məhsul və nəqliyyatın təhlükəsizliyinə dair sənədlər və gömrük bəyannaməsi ilə müşayiət olunmalıdır.
  • Dəyəri az olan məhsul partiyaları üçün qısaldılmış verilənlər bazası (<150 avro) poçt şöbəsi ilə yanaşı, kuryer, təcili çatdırılma və özəl sektordakı karqo şirkətləri üçün də əlçatan olacaq.

Bundan əlavə, Joresco şirkətinin icraçı direktoru və GS1 Litva idarə heyətinin üzvü Jan Hittel 2021-ci ildəki dəyişikliklərin logistika baxımından təsirini müzakirə edib. Ekspert yeni qayda və tənzimləmələrin uyğunlaşdırılmasından sonra ixrac və idxal prosesinin necə dəyişəcəyini izah edib. 1 iyul 2021-ci ildən sonra logistika xətləri birləşdirilə bilər (yəni, Aİ-yə bir üzv ölkədəki giriş nöqtəsində mallar toplu halında bəyan edilməkdənsə, birbaşa Aİ-dəki təyinat ölkəsinə göndəriləcək).

Dəyişikliklər və onların mümkün həlli mövzusunda danışan EU4Digital proqramının

eksperti Volodimir Kovalenko hal-hazırda icra olunan EU4Digital proqramının elektron kommersiyaya dair pilot layihəsini, texnoloji həlli (aşağıda Şəkil 1) onun gələcək potensialını və faydalarını diqqətə çatdırıb:

  • Elektron kommersiya ekosistemini gücləndirmək və elektron kommersiyanın həcmini artırmaq;
  • Transsərhəd elektron kommersiya sahəsindəki mövcud problemləri aradan qaldırmaq;

Məlumatlılığı artırmaq və 2021-ci ildə Aİ-də tətbiq olunan Elektron kommersiya üzrə ƏDV paketinə hazırlaşmağa kömək etmək.

Pilot layihənin konsepsiyası və onun faydaları haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

Tədbirdə həmçinin Elektron kommersiya Avropa (Ecommerce Europe) assosiasiyası və onun Aİ ilə Şərqi tərəfdaşlıq ölkələri arasındakı bu cür pilot təşəbbüslərdəki rolu diqqət mərkəzində olub. Elektron kommersiya Avropa assosiasiyasının üzvü olan Almaniya elektron kommersiya assosiasiyasının (Logistic-natives e.V.) baş direktoru Florian Seikel və həmin assosiasiyanın nümayəndəsi Toralf Şneyder təmsil etdikləri qurumun elektron kommersiyaya dair pilot layihədə iştirakının əsas səbəblərini və assosiasiyanın bu cür təşəbbüslərdən qazandığı faydaları (məsələn, şəbəkələrin qurulması və elektron kommersiya sahəsindəki yeniliklər ilə bağlı məlumatlılığı artırma və təcrübə mübadiləsi aparma qabiliyyəti) vurğulayıblar. Onlar həmçinin əməkdaşlıq və şəbəkələrin gücləndirilməsi yolu ilə pilot layihənin xaricində assosiasiyanın müəssisələrə necə dəstək verdiyini izah ediblər. 

Tədbir Avropa Xarici Fəaliyyət Xidmətində Rəqəmsal strategiya üzrə qrupun rəhbəri Vladimir Abramitçevin təqdimatı ilə yekunlaşıb. O, onlayn qaydada çalışan pərakəndə satıcıların gözlənilən dəyişikliklərə necə hazırlaşmalı olduqlarını dilə gətirib. Onun sadaladığı əsas addımlar arasında aşağıdakılar yer alıb:

  • Marketinq strategiyasının nizamlanması;
  • Onlayn elektron kommersiya veb-saytları tərəfindən müvafiq qiymətlərlə ƏDV-nin müəyyənləşdirilməsi və tətbiq edilməsi;
  • Bəyənnamələrin Kiçik bir pəncərə sistemi (MOSS) vasitəsilə rüblük qaydada təqdim edilməsi üçün ƏDV ilə bağlı yeni hesabat prosedurlarının tətbiq edilməsi;
  • Vergi toplama prosedurlarını şəffaf şəkildə izah edən satıcılar və alıcılarla müqavilələrin nəzərdən keçirilməsi;
  • Transsərhəd vergiləri idarə etmək üçün İdxal Bir pəncərə (IOSS) sistemində qeydiyyat.

Tədbirin yekunu olaraq, Aİ-nin elektron kommersiya sahəsində gözlənilən dəyişikliklər və elektron kommersiyanın artan əhəmiyyəti nəzərə alınaraq, elektron kommersiya sahəsindəki bütün maraqlı tərəflər (yəni karqo şirkətləri, gömrük və vergi orqanları, onlayn bazarlar və satıcılar) tərəfindən məlumatlı və vaxtında hazırlanması son dərəcə vacibdir.Potensial gecikmələr, transsərhəd ticarətdə gecikmələr, gəlir itkisi və cərimələr kimi ciddi fəsadlara səbəb ola bilər.

Əlavə məlumat. Tədbir elektron kommersiya üzrə şəbəkə tədbiri çərçivəsində təşkil edilir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.