
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar adlı siyasət sahəsində Azərbaycan üzrə tövsiyələr və onların icrasına dair fəaliyyət planları
Tarix: iyun 2020
Burada mühüm sənədlər – Azərbaycan üçün seçilmiş İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar adlı siyasət sahəsi üzrə tövsiyələr siyahısı və onların icrasına dair fəaliyyət planları verilmişdir
2019-cu ildə və 2020-ci ilin əvvəlində EU4Digital proqramı İKT-nin innovativ inkişafı üzrə seçilmiş prioritet siyasət sahələrində milli siyasət alətlərinə dair altı Şərqi tərəfdaş ölkəsinə tövsiyə xarakterli dəstəyin təmin olunması ilə bağlı dəstək vermişdir.
Seçilmiş siyasət sahələri bunlardır:
- Rəqəmsal innovasiyalar üzrə əqli mülkiyyət hüquqlarının idarə edilməsi (Ermənistan);
- İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar (Azərbaycan);
- Rəqəmsal innovasiyalar üzrə KOM-ların maliyyəyə çıxışı (Gürcüstan, Ukrayna);
- Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair ekosistemlər (Moldova Respublikası);
- Sənayenin rəqəmsallaşdırılması (ənənəvi sektorlarda KOM-ların rəqəmsal transformasiyası) (Belarus).
Sözügedən proqram adı çəkilən sahələrin hər biri üzrə Aİ-nin qabaqcıl təcrübələrini öyrənərək və hər bir ölkədə boşluqların təhlilini həyata keçirərək Şərqi Qonşuluq ölkələrinin maraqlı tərəfləri tərəfindən mənimsənilə bilən xüsusi Aİ alətlərini, platformalarını və təcrübələrini müəyyənləşdirən tövsiyələr hazırlamışdır. Proqram, eyni zamanda, Şərqi tərəfdaş ölkələri ilə əməkdaşlıq üçün potensial tərəfdaş hesab edilən və innovasiyalar üzrə siyasətin həyata keçirilməsində yaxşı təcrübəyə malik 200-dən artıq Aİ təşkilatının siyahısını tərtib etmişdir.
Bu təhlildən sonra proqramın yekun işi nəticəsində milli səviyyədə maliyyələşdirilən və ya Aİ tərəfindən dəstəklənən layihələr vasitəsilə gələcəkdə həyata keçiriləcək layihələrin əsasını qoyan altı milli fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planlarında tərəflərin müəyyən tədbirlərin sahibi kimi aparıcı rol oynaması və ya onların icrasında komandanın tərkib hissəsi olmağında maraqlı olduğu qeyd olunub. Təklif olunan tədbirlərin cari vəziyyəti, icrası üzrə nümunəvi müddəti və Aİ təcrübəsinə əsaslanaraq icrasına dair yanaşmalar da fəaliyyət planlarında göstərilmişdir. Bu fəaliyyət planları uyğunlaşdırılmışdır və 2020-ci ilin may-iyun aylarında keçirilmiş ölkə müşavirələri zamanı əlaqədar ölkə icmaları ilə geniş şəkildə müzakirə edilmişdir.
Azərbaycan üzrə İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar adlı siyasət sahəsinə dair sənəd toplusuna daxildir:
- Siyasətə dair tövsiyələr: seçilmiş siyasət sahəsində Aİ-nin qabaqcıl təcrübə və nümunələri, müəyyən edilmiş boşluqlar və mövcud boşluqları aradan qaldırmaq və ŞT-də regional əməkdaşlığı və Aİ ilə uyğunlaşmanı stimullaşdırmaq üçün tövsiyələr siyahısı.
- Siyasətə dair tövsiyələrin qısa xülasəsi: Aİ-nin əsas təcrübələri olan siyasətə dair tövsiyələrin 2 səhifəlik xülasəsi, müəyyən edilmiş boşluqların siyahısı və əsas tövsiyələrin siyahısı.
- İcrasına dair fəaliyyət planı: əsas tövsiyə və tədbirlərin siyahısı, həyata keçirilməsində maraqlı olan ilkin rəhbər və iştirakçı təşkilatlar, nümunəvi müddəti.
Şərqi tərəfdaş ölkələrinin hər biri üzrə tövsiyələr və icrasına dair fəaliyyət planlarını buradan tapmaq olar.
- Azərbaycan
- İKT-nin innovativ inkişafı

New organisational forms in support of ICT innovation Policy recommendations Azerbaijan
PDF-i endir
New organisational forms in support of ICT innovation Policy recommendations summary Azerbaijan
PDF-i endir