
Əsas səhifə / EU4Digital haqqında / Layihələr / EU4Digital layihələri / Aİ-nin rəqəmsal texnologiyalar üzrə strategiyası
Aİ-nin rəqəmsal texnologiyalar üzrə strategiyası
İnternetin və rəqəmsal texnologiyaların həyatımızı dəyişdiyi bir dövrdə, rəqəmsal əsrə uyğun Avropa Avropa Komissiyasının altı siyasət prioritetlərindən biridir.
2021-ci ilin mart ayında Avropa Komissiyası Rəqəmsallaşma Onilliyi siyasət proqramını irəli sürdü. Bu siyasət proqramı Aİ iqtisadiyyatının və cəmiyyətinin rəqəmsal transformasiyasına yönəlmiş 2030 Rəqəmsallaşdırma Kompasına əsaslanır.
Rəqəmsal Kompas vətəndaşların səlahiyyətləndirildiyi və müəssisələrin rəqəmsal imkanlardan istifadə edərək inkişaf etdiyi təhlükəsiz, insan yönümlü rəqəmsal ekosistem yaratmağı nəzərdə tutur. Kompas bu yanaşma üzrə dörd əsas cəhətini göstərir: rəqəmsal bacarıqlar, təhlükəsiz və məhsuldar rəqəmsal infrastruktur, müəssisələrin rəqəmsal transformasiyası və dövlət xidmətlərinin rəqəmsallaşması.
Bu siyasət proqramı Aİ-nin rəqəmsal müstəqilliyini gücləndirmək üçün Aİ-nin norma və standartlarına uyğundur. Bir sıra maliyyə alətləri Avropa Rəqəmsallaşma Onilliyini möhkəm təməl üzərində qurmaq üçün lazımi sərmayələri dəstəkləyəcək.
Bu proqram tam şəkildə fəaliyyət göstərən Vahid rəqəmsal bazar istiqamətində əldə olunan nailiyyətlərə əsaslanaraq Avropanın rəqəmsal transformasiyasını sürətləndirmək üçün əvvəlki onillikdə başlanmış işin intensivləşdirilməsini tələb edir.
Aİ-nin Vahid Rəqəmsal Bazar Strategiyası Aİ-yə üzv dövlətlər arasında rəqəmsallaşma sahəsində daha sıx uzlaşma üçün zəmin yaratdı. 2015-ci ildə icra olunmağa başlayan bu strategiya üç komponentə əsaslanaraq Aİ-də iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına, rəqabətin, investisiyaların və innovasiyaların gücləndirilməsinə töhfə verir:
- Çıxış: Avropa ölkələrində istehlakçıların və müəssisələrin rəqəmsal məhsullara və xidmətlərə çıxışının yaxşılaşdırılması;
- İnfrastruktur: rəqəmsal şəbəkələr və innovativ xidmətlərin inkişafı üçün düzgün və bərabər şəraitin yaradılması;
- İqtisadiyyat və cəmiyyət: rəqəmsal iqtisadiyyatın inkişaf potensialının maksimuma çatdırılması.
Rəqəmsallaşma Aİ-də prioritet məsələ olduğu üçün daha yaxşı və daha uyğunlaşdırılmış rəqəmsal mühit yaratmaq Aİ-nin strateji tərəfdaş ölkələri üçün də prioritetdir. 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasət məqsədlərinə Vahid rəqəmsal bazarın inkişafını dəstəkləyən hədəf tədbirlər daxildir: rəqabət qabiliyyətli və innovativ iqtisadiyyatlara, insanlara və elmi dairələrə, təhlükəsizliyə və kiberdayanıqlığa və rəqəmsal transformasiyaya sərmayə qoyuluşu.
Vahid rəqəmsal bazarın faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək EU4Digital proqramının ən vacib məqsədidir.